Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti tapılıb.

 

Sfera.az xəbər verir ki, V.Süleymanovun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabın Pərvanlı kəndindən keçən hissəsində tapılıb.

 

Amma atası ilə birlikdə batan 6 yaşlı Səma Süleymanlının axtarışları davam edir.

 

Xatırladaq ki, Zərdab rayonu Qoruqbağı kənd sakini Vaqif Süleymanov ailəsi ilə istirahət edirmiş. Bu zaman 6 yaşlı qızı Səma Kürə düşüb, atası isə onu xilas etmək istəyərkən boğulub.

***

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

 

(Report)


OXŞAR XƏBƏRLƏR

"Tramp açıqlamaları ilə NATO-ya ziyan vurur" - Anton Hofreiter 

"ABŞ prezidentliyinə namizəd Donald Tramp açıqlamaları ilə NATO-nun müdafiə potensialını azaldır".    Sfera.az “Wall Street Jour...

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edildi - FOTOLAR

Mayın 2-də “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində Qala qəsəbəsi 216 nömrəli tam orta məktəbdə fəal...

Ceyhun Bayramov Mixail Şvıdkoy ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Prezidentinin be...

Ehtiraslı, xarizmatik, enerjili... - Ən cəlbedici BÜRCLƏR

Bəzi insanlar cəlbedici auraları ilə seçilirlər. Bu, xüsusilə kişilər üçün önəmli faktorlardan biridir. Əksəriyyəti öz xarizmaları ilə qadınların diqqətini çəkm...

"İran və Rusiya yeni ticarət üsulları üzərində işləyirlər" - Möhsün Rəhimi

İran və Rusiya mərkəzi bankın rəqəmsal valyutaları və rəqəmsal maliyyə aktivləri daxil olmaqla yeni ticarət üsulları üzərində işləyirlər.   Sfera.az ...

Gözaltı qaralarının yaranma SƏBƏBLƏRİ - Həkim AÇIQLADI

İnsanların bir çoxu gözaltı qaralarının olmasından narahatdır. Onlar gözaltı qaraları, əsasən, hər hansı bir xəstəliklə əlaqələndirirlər.   Bəs göza...