Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Bakının 12 nömrəli şəhərdaxili, Sumqayıt-Qusar və Sumqayıt-Quba şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

 

Sfera.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

 

Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

 

Sənədlər 16 may saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

 

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təkliflərinə komissiya 4 Lot üzrə mayın 23-də baxacaq.

 


OXŞAR XƏBƏRLƏR

Acun daha bir futbol klubu alır

“TV8"in rəhbəri Acun Ilıcalı daha bir futbol klubu alır.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamı Sloven...

Futbol tarixinin ən qürursuz qolu - FOTO

Dünya futbol tarixinin ən mühüm hadisələrindən biri olan mundialda iştirak etmək uğrunda yarışan Sovet İttifaqı və Çili yığması qarşılaşmasının hekayəsi çox mar...

Maskdan ABŞ-Ukrayna təhlükəsizlik razılaşmasının nəticələri barədə XƏBƏRDARLIQ

Amerikalı iş adamı İlon Mask bildirib ki, Ukrayna ilə ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması “sonsuz müharibəyə&rdqu...

Xərçəngdən sağ qalanlar bu səhvə yol verir

Xərçəngə qalib gəlmiş insanların yalnız 4 faizi Amerika Xərçəng Cəmiyyəti (ACS) tərəfindən hazırlanmış və istifadə üçün təqdim edilmiş qida və fiziki fəaliyyət ...

Emindən terror hadisəsi ilə bağlı paylaşım - "40 gün əvvəl..."

Xəbər verdiyimiz kimi,  martda Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində terror aktı törə...

İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlandı - XƏBƏRDARLIQ

İrandan Azərbaycana idxal olunan bəzi ərzaq məhsullarında “Kif-maya” göbələklərinin və “Aflatoksin B1” miqdarının normadan artıq olduğu ...