İŞİD Çempionlar Liqasının yarımfinal matçlarında terror aktları törətməklə hədələyir 

İŞİD Çempionlar Liqasının yarımfinal matçlarında terror aktları törətməklə hədələyir 

“İslam Dövləti” (İŞİD) ilə əlaqəli terror təşkilatı Çempionlar Liqasının 1/4 finalının oyunlarının keçiriləcəyi stadionların fotosunu “Hamısını öldürün” başlığı ilə yayıb.

 

Sfera.az bildirir ki, şəkildə dörd stadionun - “Emirates”, “Parc des Princes”, “Metropolitano” və “Santiago Bernabeu”nun fotoşəkilləri fonunda silahlı adamın silueti göstərilir. Bu arenalarda bu həftə Çempionlar Liqasının 1/4 final mərhələsi keçiriləcək.

 

Jurnalistlərin fikrincə, Çempionlar Liqasının oyunları ilə bağlı ehtimal olunan təhlükə barədə məlumat artıq təhlükəsizlik xidmətlərinə də daxil olub.


O da bildirilir ki, hazırda "Real Madrid" - "Mançester Siti" matçının təşkili baxımından heç nə dəyişməyib. Daxili İşlər Nazirliyi bunu yüksək riskli hadisə hesab etdiyi üçün matç artıq xüsusi müşahidə tədbirləri ilə müşayiət olunur.

 

Məlumata görə, əlavə təhlükəsizlik tədbirlərinin görülüb-görülməyəcəyi ilə bağlı qərar yalnız təhlükəsizlik iclasında veriləcək.

 

“Rəsmi Madrid sübut etdi ki, bu cür matçları necə təşkil etməyi və vəziyyəti nəzarətdə saxlamağı bilir”- deyə yerli media qeyd edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR