Sabahdan Bakıda 11 avtobusun hərəkət qrafiki dəyişəcək - RƏSMİ

Sabahdan Bakıda 11 avtobusun hərəkət qrafiki dəyişəcək - RƏSMİ

Bakıda çimərlik mövsümünün başlanması ilə əlaqədar insanların çimərliklərə daha rahat şəkildə gedişini təmin etmək məqsədilə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemlərində dəyişikliklər ediləcək. 

 

Sfera.az xəbər evrir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Belə ki, aşağıdakı müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət qrafiki 15.06.2022-ci il tarixindən etibarən dəyişdiriləcək:

 

101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Türkan çimərliyinədək təşkil ediləcək;

107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Buzovna çimərliyinədək təşkil ediləcək; 

146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Şüvəlan çimərliyinədək təşkil ediləcək;

171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Sea Breeze” istirahət mərkəzinədək təşkil ediləcək;

172 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Bilgəh bağlarınadək təşkil ediləcək;

179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Pirşağı çimərliyinədək təşkil ediləcək;

180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək təşkil ediləcək;

182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Mərdəkan çimərliyinədək təşkil ediləcək.

 

Eyni zamanda yay mövsümündə vətəndaşların “Koroğlu” NMM-dən Mərdəkan çimərliyinədək (Şüvəlan – Buzovna yolu)  ictimai nəqliyyatla birbaşa gedişinin təmin edilməsi üçün M10 nömrəli mövsümi ekspres marşrut xəttinin fəaliyyəti bərpa edilir.

 

Başlanğıc dayanacaq məntəqəsi “Koroğlu” NMM olmaqla, Şüvəlan – Mərdəkan çimərliyi (Şüvəlan – Buzovna yolu) istiqamətində əvvəlcədən müəyyən edilmiş dayanacaqlarda dayanmaqla vətəndaşlara xidmət göstərəcək. Marşrutun gediş tarifi 0,50 AZN müəyyən edilib.

 

M10 xəttinin istifadəyə verilməsi ilə Mərdəkan, Şağan, Binə və Yeni Suraxanı qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin “Koroğlu” NMM-lə daha yaxşı əlaqələndirilməsi təmin olunacaq. Bu xətt üzrə bir istiqamətdə 13 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.

 

Qeyd edək ki, sözügedən dəyişikliklər Bakı Şəhər İcra Hakimiyyəti başçısının Bakı şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqqında müvafiq sərəncamı nəzərə alınaraq 2022-ci il yay mövsümündə şəhər sakinlərinin bağlara və çimərliklərə gediş-gəlişinin təmin edilməsi məqsədilə həyata keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...