Bir neçə saat əvvəl aldığı “Ferrari F40” maşını həyətində alışıb-yanan şəxs bu üsula əl atdı - VİDEO

Bir neçə saat əvvəl aldığı “Ferrari F40” maşını həyətində alışıb-yanan şəxs bu üsula əl atdı - VİDEO
 

Monakonun Monte-Karlo şəhərində şəxsi həyətdə avtomobil od tutub yanmağa başlayıb.

Sfera.az xəbər verir ki, sahibi "Ferrari F40” markalı avtomobilini evin eyvanından bağının suvarıldığı şlanqdan tökdüyü su ilə söndürməyə çalışıb.

Yoldan keçən bir şəxs bu görüntünü video çəkərək internetdə paylaşıb.

Məlum olub ki, sahibi avtomobili bir neçə saat əvvəl alıb, sürətlə idarə etdiyi maşını həyətin divarına çırpıb. Avtomobilin mühərrikində başlanan yanğın digər hissələrə də yayılıb.

Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovu söndürüblər. Lakin 1 000 000 funt sterlinq (2,192,100 AZN) qiyməti olan lüks avtomobilin yerində yalnız yanmış dəmir yığını qalıb. (Oxu.az)



OXŞAR XƏBƏRLƏR

Zaqataladakı dönərxananın sahibi danışdı: "Özüm də yemişəm, heç bir problem yoxdur"  - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında haz...

Tom Kruz uşaqları ilə nadir fotosessiyaya çəkildi - FOTOLAR

61 yaşlı amerikalı aktyor Tom Kruz böyük uşaqları ilə birlikdə görünüb.   Sfera.az bildirir ki, İzabella (Bella) və Konnor aktyorun Nikol Kidmanla ev...

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   S...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...