“Bakıxanov rezidens” 2 milyonluq villanı necə sökdü? – Reportaj

“Bakıxanov rezidens” 2 milyonluq villanı necə sökdü? – Reportaj
 

Paytaxtın Bakıxanov qəsəbəsində bir villanı səssiz-səmirsiz, sakit-sakit, hissə-hissə sökürlər. Villanın qarşısında "Bakıxanov rezidens”in binası inşa olunacaq.

► Villa sahibi necə "yola gəldi” ?

Bu malikanə də tikinti ərazisində plana düşüb. Villanın ətrafında yaşayanlardan öyrənirik ki, bu dəbdəbəli evin qiyməti 2 milyondur.

Ancaq sahibinə əskik pul verərək neçə ilə tikdiyi şəxsi evini söküblər. Mülk sahibi narazı qalıb. Əvvəlcə evinin sökülməsinə ümumiyyətlə, qarşı çıxıb.


Evin uçurulmasından söhbət belə gedə bilməz söyləyib. Sonra bu imkanlı şəxsi "yola gətiriblər”. Deyiblər ki, Sabunçu rayon icra başçısı Adil Vəliyevin əmrinə biət etmək lazımdır.

Bu tikinti də ona məxsusdur və "Bakıxanov rezidens” qəsəbədəki evləri sökərək pilot layihə olaraq göydələnlər inşa edir.

Villanın sahibini yola gətirdikdən sonra təzminatın məbləğində razılaşmada narazılıq yaranıb. "Ancaq həmin adama nə deyiblər, nə formada danışıq aparıblarsa, o boyda evi dəyərindən ucuz qiymətə alıblar, sökməyə başlayıblar”, – deyə sakinlər bildirirlər.Villanın söküntüsü astagəl icra olunur. Yaxınlıqdakı "Fantaziya” şirniyyat mağazasının yerləşdiyi bina da uçurulub, yaxınlığa köçməli olub.


Həmçinin, "Bakıxanov rezidens”in olacağı əsas yerdəki 2 mərtəbəli bina sökülüb, sakinlərdən kimisi kompensasiya alıb, kimisinə də tikiləcək təzə binadan mənzillər vəd olunub.

► "Razin” rezidensin ağuşunda…

Qeyd edək ki, Bakıxanov qəsəbəsini "A”dan "Z”yə qədər "Bakıxanov rezidens” firmasının reklamları bürüyüb.

Şirkət qəsəbənin hər addımbaşında 2, 3 və 5 mərtəbəli binaları yerlə-yeksan edərək göydələnlərini ucaldır.

Qəsəbənin yol üstündəki əksər 2 və 3 mərtəbəli binaları sökülmə növbəsini gözləyir. A.Vəliyev "Razin”i tamamilə öz tikinti meydançasına çevirməkdə iddialıdır.

Hətta Sabunçu RİH-nin düz qarşısında yaşıllıq hasarlanıb və ərazidə tikinti aparılır. qəsəbənin Mehmandarov küçəsində tikilən binanın qarşısındakı məlumat lövhəsində qeyd olunub ki, 2017-ci ilin noyabrın 25-də işlər yekunlaşacaq. 2016-cı ildən gedən işlər deyilən vaxtda başa çatmayıb. 2018-ci ilin mayı gəlir və hələ də binanın tikintisi davam edir.

Ona görə də bir qrup payçı "Bakıxanov rezidens”in sözünün üstündə durmadığını bildirirlər. Bu şirkətin inşaat işlərində müəmmalı digər məsələ sifarişçi və podratçı firmanın olmasıdır.

Məlumat lövhəsində yazılıb ki, "Bərguşad-Ş” MTK həm sifarişçi, həm podratçı şirkətdir. Əgər "Bakıxanov rezidens” özü göydələnləri inşa edirsə, podratçı firmaya nə ehtiyac var?!

mənbə: azeuronews.com


OXŞAR XƏBƏRLƏR

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...