Bakıda güclü yanğın başlayıb - VİDEO
18:45 / 21.09.2020
4569
Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın başlayıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.
İlkin məlumata görə 0,5 ha sahədə qamışlıq və kol-kos yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.