Bakı Moskva ilə hərbi əməkdaşlıq edəcək - Bu şərtlə...

Bakı Moskva ilə hərbi əməkdaşlıq edəcək - Bu şərtlə...
"Ərdoğan-Putin görüşündən öncə İlham Əliyevin Rusiya mediasına müsahibə verməsi təsadüfi deyil". 
 
Sfera.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib. Ekspert rəsmi Bakının bu görüşdən böyük gözləntilərinin olduğunu deyib:

"Bakının baş tutan görüşdən sərhədin delimitasiyası üzrə müqavilə, sülh sazişinin hazırlanması, Qarabağda Rusiyanın təhlükəli addımlarının dayandırılması və s. istiqamətdə gözləntiləri var. Soçi görüşündə bu istiqamətdə ciddi addımların atılacağı mümkündür, xüsusilə Türkiyənin təklif etdiyi "altılıq platforması”nın (beşlik də ola bilər) reallaşması perspektivlərinin aydın göründüyü vaxtda...

İlham Əliyev görüş öncəsi Rusiya mediasında mövqeyini bir daha gündəmə gətirir:

- "Dağlıq Qarabağ” və "status” yoxdur, olmayacaq da;

- Sərhədin delimitasiyası prosesinin də daxil olduğu sülh sazişi imzalanmalıdır;

- Ya Bakının istədiyi sülh olacaq, ya da müharibə dövründə olanlar yenidən təkrarlana bilər;

"Bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşsınlar. Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər”, - Əliyev açıq danışır.

Müsahibədə əsas məqamlardan biri Azərbaycanın Rusiya ilə hərbi-texniki əməkdaşlığını davam etdirəcəyinə dair Prezidentin dedikləri idi.
"Bizdə bütün istiqamətlər üzrə, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində işlər yaxşı gedir. Təbii ki, indi biz yeni araşdırmalara nəzər salırıq, texniki qruplar indi artıq yeni imkanları öyrənirlər, biz bəzi sifarişlər vermişik, ona görə də bu istiqamətdə əməkdaşlıq da inkişaf edəcək”, - İlham Əliyev bildirir".
 
Politoloq rəsmi Bakının Moskva ilə hərbi-texniki əməkdaşlıq edəcəyini diqqətə çatdırıb: 

"Müharibədən sonra Rusiyanı narahat edən, Bakı-Moskva xəttində son dövrlər müşahidə olunan gərginliyin səbəbləri sırasında rus silahları da yer alır: 
Qarabağ məsələsinin bitməsi ilə rusların Cənubi Qafqazda silah bazarı zəiflədi, Azərbaycan ordusunun modernləşməsi prosesində rus istehsalı silahlara üstünlük verilməyəcəyini anladılar. Şoyqunun Moskvada Karapetyana "Ermənistana silah tədarükü başlandı” sözlərinin ünvanı da Azərbaycan idi. Ruslar Bakının silah tədarükündən pay almaq istəyir. Bakı da istəyinə nail olmaq üçün Moskvanın istəyi ilə razılaşır: hərbi-texniki əməkdaşlıq davam edəcək.
Prezidentin bunu Ərdoğan-Putin görüşündən öncə açıqlaması görüşdən istədiyi nəticəni almaq gözləntisindən irəli gəlir".

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.   Sfera.az xəbər verir ki, bunu ...

Prezident: "Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər"

Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir.   Sfera.az xəbər verir ki, bu fikri Azə...

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...

Şirvanda narkotikə görə 6 nəfər HƏBS EDİLDİ - FOTO

Şirvanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.   Bu barədə Daxili İşlər Nazirliyindən...

Prezident: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri il...