Azərbaycanlı bloqer özünə ən son model “Rolls-Royce” aldı – VİDEO

Azərbaycanlı bloqer özünə ən son model “Rolls-Royce” aldı – VİDEO
 Rusiyada bloqerlik fəaliyyəti ilə məşğul olan, əslən azərbaycanlı iş adamı Hüseyn Həsənov çoxdankı arzusunu reallaşdırıb.

Sfera.az xəbər verir ki, Hüseyn özünə sayca üçüncü lüks "Rolls-Royce Cullinan” avtomobilini alıb.

Məşhur bloqer avtomobilləri ilə foto çəkdirib və sosial media hesabında paylaşaraq bu sözləri yazıb:

"Desəm ki, xoşbəxtəm, bu, heç bir şey demək deyil. Bəli! Hər birinizə hazırda hiss etdiklərimi arzu edirəm. Bu, elə-belə avtomobil deyil, bu, bir hədəfdir, hansı ki 25 yaşımda gerçəkləşdirdim”.

Dəbdəbəli və ən son model olan avtomobilin qiyməti təxminən 686 min manatdır.

Xatırladaq ki, H.Həsənovun bundan savayı şəxsi qarajında qırmızı rəngdə "Geländewagen” və "Lamborgini” markalı avtomobilləri var.

Qeyd edək ki, H.Həsənov Rusiyada anadan olub, əslən azərbaycanlıdır. Bloqerlik fəaliyyəti ilə məşğul olan H.Həsənov hazırda sahib olduqlarına görə, elə özünə borcludur. O, Rusiyada ən populyar bloqerlərdən biridir. İş adamının 13 milyondan çox "Instagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan H.Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. O, restoran biznesi ilə də məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez gələn H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.


 
(oxu.az)

OXŞAR XƏBƏRLƏR

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...