Azərbaycanda tutulan FETÖ-çü müəllim həbsə göndərildi
20:54 / 04.01.2019
3537
Azərbaycanda saxlanılaraq Türkiyəyə təhvil verilən FETÖ-çü müəllim Mehmet Gelen məhkəmə qarşısına çıxarılıb.
Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Ankara məhkəməsi M.Gelenin həbsinə qərar verib. O, məhkəmə iclasından sonra həbsxanaya yerləşdirilib.
Qeyd edək ki, Fətullah Gülənə məxsus məktəblərdə müəllimlik edən M.Gelenin saxta pasportla Belarusa keçmək cəhdi baş tutmayıb. O, Azərbaycanda saxlanılaraq Türkiyəyə təhvil verilib.