Azərbaycanda taksilərlə bağlı DƏYİŞİKLİK

Azərbaycanda taksilərlə bağlı DƏYİŞİKLİK
 Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Bakının Vahid Nəqliyyat Konsepsiyası hazırlanır. Yeni konsepsiya ilə paytaxtın inzibati ərazisində nəqliyyat infrastrukturunda, o cümlədən taksi xidmətində köklü dəyişikliklər nəzərdə tutulub.

Sfera.az xəbər verir ki, bu haqda modern.az saytına BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.

Taksilər üçün standartlar...

O qeyd edib ki, indiyədək taksi fəaliyyəti göstərən fərdi sahibkarlar da standartlara uyğunlaşdırılacaq: 
"İndiyədək avtobuslarla bağlı müəyyən qaydalar var idi. Amma taksi xidməti yeganə sahədir ki, fiziki şəxslər, fərdi sahibkarlar tərəfindən idarə olunur. Hazırda Bakı şəhərinin inzibati ərazisində taksi xidməti göstərən şirkətlər var. Amma fərdi sahibkarların taksiləri onlardan daha çoxdur.
Məsələ burasındadır ki, indiyədək fərdi sahibkarlar tərəfindən idarə edilən taksilərin kvotaları, gəlirləri, sərnişin axını müəyyən edilməyib.
Hazırlanan konsepsiyada bu axın müəyyən olunacaq. Taksi fəaliyyəti ilə məşğul olanlara fərqlənmə nişanı veriləcək. Bildiyiniz kimi, fərqlənmə nişanın verilməsi Agentlik tərəfindən həyata keçirilir. Buna uyğun olaraq taksilər standarta uyğunlaşdırılacaq”.
İlkin mərhələdə Bakıda nə qədər taksiyə ehtiyac olduğu müəyyənləşdiriləcək. Taksilər avro -16 standartına cavab verməlidir, onlar üçün kvotalar müəyyən olunacaq”.

Taksilərdə kameralar quraşdırılacaq

N.Allahyarova daha bir yenilik barədə məlumat verib. O bildirib ki, sürücülər Agentlik tərəfindən hazırlanan vahid geyimlə təmin olunacaqlar:
"İlkin olaraq avtobuslarda, ikinci mərhələdə taksilərdə nağdsız ödəmə sisteminə keçid nəzərdə tutulub. Bunun nəticəsində sərnişin kart sistemilə də ödənişini həyata keçirə biləcək.
Həmçinin taksilərdə ödəmələrin standartı müəyyən olunacaq. Sürücü gediş üçün istədiyi məbləği qoya bilməyəcək.
Konsepsiyaya uyğun olaraq həm sürücünün, həm də sərnişinin təhlükəsizliyi üçün taksi daxilində kameralar quraşdırılacaq”.

Taksilər avtobus dayanacağına girə bilməyəcək

Agentlik rəsmisi deyib ki, bu gün ən böyük problem dayanacaqlarla bağlıdır:
"Bu gün avtobuslar ikinci xətdə dayanır, qəzalı vəziyyət yaradır və sərnişin düşürürlər. Amma bu problemin qaynağı avtobus sürücüsü deyil. Hamımız bilirik ki, taksilər dayanacaqları zəbt ediblər. Tezliklə bu məsələdə də aradan qaldırılacaq. Bakı şəhərinin inzibati ərazisində taksi dayanacaqları fəaliyyətə başlayacaq. Yəni, bu dayanacaqlar istifadəyə veriləndə taksilər öz dayanacaqlarında fəaliyyət göstərəcəklər. Avtobus dayanacaqlarına taksilərin girişi qadağan olunacaq”.

OXŞAR XƏBƏRLƏR

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...

Şirvanda narkotikə görə 6 nəfər HƏBS EDİLDİ - FOTO

Şirvanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.   Bu barədə Daxili İşlər Nazirliyindən...

Prezident: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri il...

Bu qan qrupu olan insanlarda insult riski YÜKSƏKDİR

A qan qrupunda olan insanların 60 yaşından əvvəl insult keçirmə riskinin digər qan qruplarına nisbətən daha yüksək olduğu açıqlanıb.   Sfera.az xəbə...

İlham Əliyev: "Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik"

Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublik...

Prezident: "COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır"

Biz COP29-a ev sahibliyinə yekdilliklə seçildik. Bu, bizim üçün çox böyük şərəfdir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Pr...