Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi\" keçirilib - FOTOLAR

Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi\
 

Ötən həftə "Nar”ın dəstək olduğu "Baku Fight Lab” boks klubunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Peşəkar Boks Gecəsi” keçirilib. Azərbaycan Peşəkar Boks Federasiyasının lisenziyası əsasında keçirilən tədbir Azərbaycan boksçularının beynəlxalq arenada tanıtımı məqsədi daşıyır.

"Boks gecəsi”ndə 16 peşəkar boksçu ümumilikdə 8 döyüş keçirib. Döyüşlərdə peşəkar rinqdə təcrübəsi olan boksçularla yanaşı, həmçinin həvəskar karyerasında böyük nailiyyətlər qazanmış və peşəkar rinqdə debüt edən idmançılar da iştirak edib.

"Peşəkar Boks Gecəsi” çərçivəsində keçirilən bütün görüşlərin nəticələri beynəlxalq boks statistikasında nəzərə alındığına görə hər bir qalibiyyət boksçunun gələcək karyerasında bir pilləyə çevrilir. Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti Artyom Həsənovun, 1-ci vitse-prezidenti Fərhad Acalovun və baş katibi Orxan Muxtarovun,eləcə də Azərbaycanın ilk və yeganə peşəkar boks promouteri Ziya Əliyevin xüsusi əməyi nəticəsində Azərbaycan ilk peşəkar boks gecəsi yüksək səviyyədə təşkil edilib.

Boks həvəskarları və "Baku Fight Lab” boks klubunun azarkeşləri Boks gecəsini sentyabr ayının 18-i saat 21:00-da "CBC Sport” telekanalında izləyə biləcəklər.

Mövcud pandemiya səbəbindən tədbir açıq hava məkanında, tamaşaçılar olmadan, xüsusi karantin rejiminin bütün tələblərinə uyğun olaraq və zəruri təhlükəsizlik qaydalarına riayət olunmaqla keçirilib.

Qeyd edək ki, mobil operator "Nar”la yanaşı, "PeşəkarBoks Gecəsi”nin keçirilməsinə Azərbaycanda "Zontes" motosikletlərinin satışı və xidməti ilə məşğul olan "Zontes Baku", müxtəlif idman növlərinin inkişafında mühüm rol oynayan, həvəskar idmana peşəkar yanaşma devizi ilə çalışan "Azfar Group" və "İydə” parfümeriya evi də dəstək olub.


OXŞAR XƏBƏRLƏR

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...

Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər

Vyana və Portsmut Universitetlərinin beynəlxalq alimlər qrupu Zimbabvedəki Yafuta Təbiət Qoruğunun əməkdaşlarının iştirakı ilə fillərin jest və səslərinin dilin...

Yüzlərlə fəal Almaniyadakı “Tesla” zavoduna hücum etdi

Yüzlərlə fəal Almaniyanın Qrünheide şəhərindəki “Tesla GigaBerlin” zavoduna hücum edir, bəziləri fabrikin ərazisinə daxil olmağa çalışır. Alman poli...