Azərbaycanda gün ərzində İKİNCİ ZƏLZƏLƏ OLDU
19:22 / 20.11.2021
3923
Azərbaycanda gün ərzində ikinci dəfə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, 4,5 bal gücündə yeraltı təkanlar yerli vaxtla saat 16:48-də Pirqulu seysmoloji stansiyasından 14 kilometr cənubda qeydə alınıb.
Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bala qədər hiss edilib.
Bundan əvvəl yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda - Şamaxı rayonu ərazisində yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin maqnitudası 5,1 olub. Ətraf rayonlarda isə 4,3 bal hiss olunub.