Azərbaycanda bir sıra kəndlər işıqsız qaldı

Azərbaycanda bir sıra kəndlər işıqsız qaldı

Ölkəmizdə bir neçə kənd işıqsız qalıb.

Sfera.az anspress-ə istinadən bildirir ki, bu kəndlərdən biri də Tovuzun Qalaboyun kəndidir.

Şikayətçi Seymur Qasımov deyir ki, ötən gecədən kəndin bütün evlərində işıq problemi yaşanır. İşıq yalnız kənddə fəaliyyət göstərən bir məktəbə verilib, yerdə qalan evlər isə tamamilə işıqsızdır. 

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin katibi Tanrıverdi Mustafayevbildirdi ki, ötən gecədən başlayan qasırğa nəticəsində elektrik xətləri qəza vəziyyətinə düşüb. 

"Ən çox qəza vəziyyətinə düşmüş xətlərimiz Gədəbəy və Tovuzun dağ kəndlərində olub. Buna görə həmin kəndlər ötən gecədən işıqsız qalıb. Amma əməkdaşlarımız kəndlərdə olub, yaranmış problemi aradan qaldırmağa çalışıblar. Artıq bir çox kəndlər işıq ilə təmin olunub. Bəzi kəndlər, o cümlədən Qalaboyun kəndində işlər davam edir, işıq həmin kəndə axşama kimi veriləcək".

Qurum rəsmisi adıçəkilən kənddə yalnız məktəbin işıqla təmin olunması məsələsinə də aydınlıq gətirərək qeyd etdi ki, xətlər bərpa edilənə qədər təcili məktəbə işıq verilişi bərpa olunub.


OXŞAR XƏBƏRLƏR

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...