Azərbaycanda bir ayda adambaşına 384 manat xərclənir

Azərbaycanda bir ayda adambaşına 384 manat xərclənir
Bu ilin birinci rübündə ölkəmizdə bir istehlakçı orta hesabla ayda 383,7 manat və ya 2020-ci ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 2,4 manat az vəsait xərcləyib.

Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 318,1 manat və ya 2020-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 8,6 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 172,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145,2 manatlıq qeyri-ərzaq malları alıb.

Yanvar-martda bir ölkə sakini orta hesabla 182,8 manatlıq, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 18,7 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...