Azərbaycan Qarabağda məcburetmə əməliyyatına başlayır? - \"İrəvanın son addımları bunu zəruri edir...\"

Azərbaycan Qarabağda məcburetmə əməliyyatına başlayır? - \
"Paşinyan üçtərəfli görüşün planlaşdırılmadığını dedi, ardınca müdafiə naziri Arşak Karapetyan Qarabağa qanunsuz səfər etdi, Peskov bir neçə gün öncə görüşlə bağlı fikirlərinin əksini səsləndirdi".
 
Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, bu həftə Əliyev, Putin və Paşinyanın videokonfrans formatından görüşü gözlənilirdi:

"Paşinyan Peskovun bununla bağlı açıqlamasına "9 noyabrda görüş keçirilməyəcək” cavabını verdi. Nikol görüşü yox, görüşün 9 noyabrda keçiriləcəyini təkzib edirdi və bu, 8 noyabrda mitinq keçirən müxalifətə arqument verməmək kimi görünürdü. Lakin Peskovun bu gün verdiyi açıqlama Ermənistanın, ümumiyyətlə, görüşdən yayındığını deməyə əsas verir.

Kremlin sözçüsü deyib ki, "üçtərəfli görüşün tarixi hələ müəyyən edilməyib, hazırda konkret anlayış yoxdur”. Peskovun əvvəlki açıqlamasına korrekt etməsi o deməkdir ki, görüş gündəmdədir, lakin Ermənistan razılaşmır.

Üçtərəfli görüşün iki gündəmi var: kommunikasiyanın açılması və sərhədin delimitasiyası məsələsinin müzakirə edilməsi. Mümkündür ki, kommunikasiyaların açılması qrafiki təsdiq edilsin və sərhədin delimitasiyasının hansı xəritələrə əsasən aparılması razılaşdırılsın.

İrəvan kommunikasiyanın açılmasına qarşı deyil, Paşinyan sonuncu müsahibəsində də bunu təsdiq etdi. Razılaşdırılmayan məsələ sərhədlə bağlıdır və istisna deyil ki, problem hansı ilin xəritəsinin əsas götürülməsi üzərində yaranır”.

Ekspertin fikrincə üçtərəfli görüşə razılaşmayan Paşinyanın müdafiə nazirini Qarabağa göndərməsi də İrəvanın istəyinə nail olmaq üçün etdiyi gediş hesab oluna bilər və burada iki məqsəd var:

"Birincisi, Rusiyanın vasitəçiliyi ilə əldə olunan mövcud stabilliyi pozur: bununla üçtərəfli masada maraqlarının təmin edilməsi üçün Moskvaya mesaj verir;
İkincisi, Qarabağda separatçı-terrorçu rejimin qondarma "müqəddəratını” aktual olaraq saxlayır: Paşinyan "sərhəd, kommunikasiya və Qarabağ mövzusunun bir-birindən ayrı məsələ” olduğunu açıqladı. O, sərhəd-kommunikasiya məsələsinin əsas gündəm olduğu vaxt "Qarabağ iddiasını” da ayrı istiqamət kimi aktuallaşdırır.

Paşinyanın bu gedişləri ABŞ Dövlət katibinin köməkçisi Erika Olsonun regiona səfəri fonunda etməsi də təsadüfi deyil: İrəvan Vaşinqtonun bölgəyə müdaxilə istəklərindən həm "Qarabağ məsələsi” üçün istifadə etməyə, həm də Moskvanın qurduğu masada əlini gücləndirməyə cəhd edir”.

A.Nərimanlının fikrincə, burada Karapetyanın Qarabağa səfərinə Azərbaycan Müdafiə Nazirliyinin cavabı diqqət çəkir və Azərbaycanın hərbi rəhbərliyi iki xəbərdarlıq edir:

1. Müharibədə məhv edilmiş erməni generallarının aqibətini xatırlatmaqla Karapetyana Qarabağda həyatının təhlükəsizlikdə olmadığını deyir;
2. Anti-terror əməliyyatının keçirilə biləcəyinin mesajını verir.

Ermənistan müdafiə nazirinin səfəri ən azı məcburetmə əməliyyatını zəruri edir. Çünki İrəvan bununla təsdiq edir ki:

- 10 noyabr razılaşmasının 4-cü bəndini – erməni qoşunların çıxarılmasını icra etmək niyyətində deyil;

- Qarabağda rus sülhməramlılarının dayandığı mövqelərlə yanaşı, erməni terrorçuların da mövcud olduğu postlar var və bu postlarda hətta davamlı mühəndislik işləri həyata keçirilir: Karapetyan həmin postlardakı mühəndislik işləri ilə tanış olub;

- Karapetyanın "sülhün ən vacib təminatçısı ordunun döyüş qabiliyyətidir” açıqlaması da Qarabağdakı erməni terrorçuların təxribatlara davam edəcəyini deməyə əsas verir.

Baş verənlər Azərbaycan sərhədləri daxilində və sərhəddə yeni təxribatlar, yeni gərginlik vəd edir: Kəlbəcər istiqamətində törədilən təxribat da bunu təsdiqləyir; bu o deməkdir ki, Ermənistan delimitasiya prosesinə mane olmaq və ən azı prosesdə öz maraqlarını təmin etmək üçün həm sərhəddə, həm də Qarabağda yeni gərginlik yaratmaq niyyətindədir”.

Turan Rzayev
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...