Azərbaycan Beynəlxalq Bankından sahibkarları gücləndirən tədbir - FOTO

Azərbaycan Beynəlxalq Bankından sahibkarları gücləndirən tədbir - FOTO
Azərbaycan Beynəlxalq Bankı Sahibkarlar Klubuna üzv olan bir qrup iş adamı üçün Dövlət Vergi Xidmətinin Şamaxıda yerləşən Tədris Mərkəzində təlimlərə başlayıb.
 
Dövlət Vergi Xidmətinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və AMEA-nın İqtisadiyyat İnstitutunun tərəfdaşlığı ilə keçirilən təlimlərə ölkəmizin müxtəlif regionlarından və müxtəlif sahələrdə fəaliyyət göstərən 30-dan çox iş adamı qatılıb. Təlimləri Bankın və adı çəkilən qurumların əməkdaşları keçiblər.

İştirakçılara düşməndən azad edilmiş ərazilərimizdə sahibkarlığın inkişafı və yeni biznes imkanları barədə ətraflı məlumat verilib. Bu regionlara özəl sektorun investisiyalarının təşviqi mexanizmləri nəzərdən keçirilib. Bankların bu prosesdəki imkanlarına diqqət yönəlib.

 

Təlim zamanı Azərbaycan Beynəlxalq Bankının iş adamlarına təqdim etdiyi məhsul və xidmətlərlə bağlı da təqdimatlar olub. Bank əməkdaşları iş adamlarını onların biznesinin inkişafı üçün yaradılmış imkanlarla tanış ediblər. İştirakçılara mikromüəssisələrdə mühasibat işinin təşkili, biznesin təkmilləşdirilməsi ilə bağlı bilgilər verilib. Təlimlər zamanı sahibkarlar komandalarda çalışaraq yeni tərəfdaşlıqlar yaratmaq imkanı da qazanıblar.

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...