AZAL transseksual sərnişinə görə 3 işçisini qovdu - SƏBƏB BU FOTODUR

AZAL transseksual sərnişinə görə 3 işçisini qovdu - SƏBƏB BU FOTODUR
Ötən gün "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı Nazilə Muradovanın sosial şəbəkədə vətəndaşın ID kartını paylaşaraq lağa qoyması geniş müzakirələrə səbəb olub.

Sfera.az xəbər verir ki, transseksual şəxsin məlumatlarını açıq formada paylaşan əməkdaş onun yaxın zamanda hava yollarının xidmətindən istifadə etdiyini bildirib.

Məsələylə bağlı ictimai fəallar "AZAL”a müraciət ünvanlayıb. Şirkətdən müraciətə cavab olaraq bildirilib ki, hadisə araşdırılıb və nəticədə şirkətin 3 əməkdaşı işdən azad edilib:

"26 may 2019-cu il tarixində "Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradovanın sosial şəbəkələrdə etdiyi paylaşım cəmiyyətimizdə rezonans doğurmuş və bununla əlaqədar olaraq, aviaşirkət tərəfindən dərhal daxili araşdırma aparılıb.

Araşdırmanın yekunlarına əsasən məlum olub ki, "Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib. 

Bununla əlaqədar olaraq, hər 3 əməkdaş dərhal işdən azad olunub.

Bu məsələ ilə bağlı sərnişinimizdən və cəmiyyətimizdən üzr istəyirik.

Sözügedən məsələni ictimailəşdirdiyinə və haqlı mövqe nümayiş etdirdiyinə görə cəmiyyətimizə dərin təşəkkürümüzü bildiririk".

Qeyd edək ki, sözügedən şəxslər fotoda vətəndaşın şəxsi məlumatlarını açıq paylaşıblar.

OXŞAR XƏBƏRLƏR

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...