ATV-nin aparıcısının rəsmi adı Maradona imiş... - FOTO

ATV-nin aparıcısının rəsmi adı Maradona imiş... - FOTO
ATV kanalının aparıcısı Murad Əzimzadə maraqlı etiraf edib.

Sfera.az xəbər verir ki, o, 17 il rəsmi olaraq Maradona adını daşıdığını bildirib:

"17 il rəsmi (sənədlə) olaraq adım Maradona olub. Bu ada görə Gəncədə tanınırdım. Bəziləri adımı ələ salırdı, bəziləri təəccüblə, maraqla qarşılayırdı. Maradona adıma görə, Gəncəylə bir idim. Adımı atamın atası Həsən babam və bibim qoymuşdular. Futbolu sevirdilər, həm də bu təkcə futbol sevgisi deyildi, modern dövrə, çağdaş həyata ayaq uyduran bir ailənin kiçik inqilabı idi. 17 yaşımda gələcək həyatımı, işlərimi, övladımı düşünərək adımı milliləşdirib Murad etdim. Lakin buna baxmayaraq məni Gəncədə Maradona kimi tanıyırlar! İndi xəbər tutdum ki, 17 il ismini daşıdığım Maradona vəfat edib, üzüldüm. Babamla bağlı daha bir xatirənin məni tərk etməsinin hiss etdirdiyi sazağı iliklərimdə hiss etdim… Axı babamdan mənə qalan sevimli futbolçusu olan Maradona idi. Maradonadan mənə qalan isə çılğınlıq, futbol və özün olmağı bacarmaq qabiliyyəti oldu. Səni unutmayacağıq, adaş! İzin həmişə toplarda, stadionlarda gəzəcək”.

Qeyd edək ki, ötən əsrin iki futbol dahisindən biri hesab edilən Maradona bu gün 60 yaşında vəfat edib.



OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...