AMEA Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olundu

AMEA Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olundu
Aprelin 15-də AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının növbəti onlayn iclası keçirilib.

"Report" xəbər verir ki, "Zoom” platforması üzərindən baş tutan tədbir "TAK NOOSH GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) YT Parkda rezident kimi qeydiyyata alınması üçün təqdim edilən layihənin müzakirəsinə həsr olunub.

İclasda əvvəlcə "TAK NOOSH GROUP” MMC-nin nümayəndəsi Şərarə Niktaq kartof fri və çipsi istehsalının təşkili yönümlü investisiya layihəsi haqqında məlumat verib. Bildirib ki, bu layihə müəssisənin istehsal xərclərinin minimuma endirilməsi, kommunal xərclərin azaldılması və müasir texnologiyaların tətbiqi ilə kartof emalı sahəsinin yaradılmasını hədəfləyir, eyni zamanda yüksək keyfiyyətli məhsul istehsalını planlaşdırır.

Əhalinin ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin olunmasının iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayan Ş.Niktaq layihə çərçivəsində istehsal olunacaq məhsulun əhalinin ərzaq rasionunda başlıca yer tutan məhsullardan hesab edildiyini və onlara daxili bazarda hər zaman tələbat olduğunu diqqətə çatdırıb.

Hazırda Azərbaycanda bu məhsulların istehsal olunmadığını deyən şirkət nümayəndəsi gələcəkdə AMEA-nın Botanika İnstitutu ilə əməkdaşlıq edərək kartof fri və çipsi üçün yararlı kartof növünün yetişdirilməsinin nəzərədə tutulduğunu deyib. O, palma kimi zərərli yağlardan istifadə etmədən keyfiyyətli məhsulların istehsal olunacağını söyləyib. Eləcə də uşaqlar üçün xüsusi kateqoriya üzrə çipsi və frilərin hazırlanmasının nəzərdə tutulduğunu vurğulayıb.

Müzakirələrdə iştirak edən Ekspertlər şurasının üzvləri akademik Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvləri Oqtay Səmədov, Bəxtiyar Məmmədov və tex.ü.f.d., dosent Rəşid Ələkbərov məhsulun ekoloji təsirləri, xammalın və hazır qidanın keyfiyyətinə nəzarət, eləcə də texnoloji prosesin effektiv idarə olunması ilə bağlı suallarla çıxış ediblər.

Sonra "TAK NOOSH GROUP” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.

Sonda çıxış edən "TAK NOOSH GROUP” MMC-nin direktoru Ramin Tabibian ölkədə sahibkarlara əlverişli investisiya mühiti yaradıldığı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirib və YT Parkla əməkdaşlığın davamlı olacağını vurğulayıb. O, həmçinin yaradılan tərəfdaşlıq imkanlarına görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib.

OXŞAR XƏBƏRLƏR

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...