“AFB Bank” bu göstərici üzrə 1-ci yerdədir

“AFB Bank” bu göstərici üzrə 1-ci yerdədir
 Ölkənin aparıcı banklarından olan "AFB Bank” ASC kredit portfelinin artım dinamikasına görə 2020-ci ilin 1-ci rübündə banklar arasında 1-ci yerdə qərarlaşıb.    

Bankdan Sfera.az-a daxil olan məlumatda bildirilir ki,  1 Aprel tarixinə "AFB Bank"ın kredit portfeli 439,1 milyon manat olmuşdur. Ötən ilin eyni rübü üzrə kredit portfeli 206,9 milyon manat idi. Bankın kredit portfeli  ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artmışdır. O cümlədən biznes kreditləri 67 milyon 741 min manat və ya 23,2% artaraq 359 milyon 56 min manata çatıb. 31 Mart 2020-ci il tarixində AFB Bank 577 milyon 458 min manat cəmi aktivlərə malik olub. Ötən ilin sonunda Bankın aktivləri 574 milyon 706 min manat təşkil etmişdi.  Ötən ilin sonu ilə müqayisədə ilk rübdə AFB Bankda depozitlər 1 milyon 942 min manat artaraq 381,4 milyon  manata çatıb. 31 Mart 2020-ci il tarixində AFB Bank 81 milyon 882 min manat məcmu kapitala malik olub.

Hesabat dövrü ərzində Bankın mənfəəti də artıb. Belə ki, Bank bu ilin I rübünü 2,553 milyon manat mənfəətlə başa vurub. Bu rübün mənfəəti ötən ilin eyni dövrünün mənfəətindən 23 dəfə çoxdur. 

Yanvar-mart aylarında "AFB Bank"ın gəlirləri 9,566 milyon manat (illik müqayisədə 1,2% az), xərcləri 4,906 milyon manat (9,9% az), xüsusi ehtiyatlara ayırmaları isə 2,107 milyon manat (49% az) təşkil edib.

Məlumat üçün bildiririk ki, "AFB Bank” ASC-nin Fitch reytinqi B-dir və ölkə bankları arasında ən yüksək reytinqə malik 5 bankdan biridir.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır.

OXŞAR XƏBƏRLƏR

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...