\"ABŞ və Britaniya Rusiyaya qarşı birləşir, yeni yerlər işğal ediləcək\" - Atlantika Xartiyası nəyə xidmət edir?

\
Xəbər verdiyimiz kimi Britaniyanın Baş naziri Boris Conson və ABŞ prezidenti Co Bayden 60 illik aradan sonra yeni Atlantika Xartiyasını imzalayıblar.
 
Sənəddə "daha dinc və çiçəklənən gələcəyin qurulması” barədə tərəflərin başlıca yanaşmaları öz əksini tapıb. 60 il əvvəl bağlanmış bu müqavilənin yenilənməsinin perspektivləri isə müzakirə olunmaqdadır.
 
Sözügedən sənədin nəticələri ilə bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə Böyük Britaniya və ABŞ-ın müəyyən əraziləri öz təsirləri altına salacaqlarını bildirib:

"ABŞ Prezidenti Co Baydenin Böyük Britaniyaya səfəri 60 il əvvəl bağlanmış Atlantika Xartiyası və oradakı müəyyən maddələrə dəyişiklillər edilməsi ilə nəticələndi.

Bildiyiniz kimi, Böyük Britaniya Avropa İttifaqını tərk etdi. Böyük Britaniyanın da beynəlxalq müstəvidə öz maraqları mövcuddur. Bu da ABŞ-la müəyyən dərəcədə ziddiyyət təşkil edir. O səbəblə, ABŞ da yeni bir dünya nizamına uyğun olaraq xartiyanın imzalanmasını istəyirdi. Görünür ki, Böyük Britaniya da bununla razılaşıb. Təbii ki, 60 il öncəki ilə indiki dövrdə imzalanmış müqavilə arasında çox ciddi fərqlər var. Hazırda işğal və ya hər hansı ölkəni müstəmləkə halına salmaq dövrü deyil. Ona görə də bu xartiya təhlükəsizlik və terrorizmlə mübarizə ilə bağlı, həmçinin hər iki dövlətin müəyyən əraziləri öz maraq dairəsinə salmaq planı kimi də xarakterizə oluna bilər". 

Politoloq xartiyanın Rusiyaya qarşı ABŞ-Britaniya birliyinin yaranması ilə nəticələnəcəyini qeyd edib:

"Yeni xartiyada yumşaq gücdən istifadə olunacaq. Böyük Britaniya əvvəllər Avropa İttifaqının tərkibində olmaqla beynəlxalq müstəvidə mühüm rol oynamaqdan geri çəkilmişdi. Bu yolda ABŞ təkbaşına gedirdi. İndi isə Böyük Britaniya artıq müstəqil xarici siyasət həyata keçirərək öz qlobal gücümü qorumağa çalışır. ABŞ da öz növbəsində, bu məsələdə Böyük Britaniyanı yanına alaraq birlikdə Rusiyaya qarşı plan hazırlayacaq. Düşünürəm ki, tam formada bu xartiyaya əməl olunmayacaq. Lakin tərəflər müəyyən dərəcədə öz maraqlarını uzlaşdıracaqlar. Bu, anqlosaksların dünyanı idarə etməsinin yeni bir xartiyasıdır. Biz yeni dünya nizamında ABŞ və Böyük Britaniyanın birgə hərəkət etməsinin şahidi ola biləcəyik".

Əzizə Zeynal
Sfera.az 
 


OXŞAR XƏBƏRLƏR

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...