Turşu seçimində diqqətli olun - Bu cür turşuları almaq risklidir
Havaların sərinləşməsindən sonra bazarlarda ev şəraitində hazırlanan turşuların satışı artıb. İxtisaslaşmış istehsal müəssisələrindən fərqli olaraq ev şəraitində istehsal olunan turşular insan sağlamlığı üçün müəyyən risklər yarada bilir. Düzgün hazırlanmayan və ya düzgün saxlanılmayan turşuların istehlakçının zəhərlənməsinə, hətta ölümünə səbəb olmasına dair çoxlu faktlar var. Buna görə də ev şəraitində hazırlanan turşuları alan zaman diqqətli olmaq lazımdır. Bəs bu məhsulları alan zaman nələrə diqqət yetirmək vacibdir? Hansı turşuları almaq tövsiyə edilir? Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirdi ki, evdə hazırlanan turşuların həm faydalı, həm də riskli tərəfləri var: Almaq üçün daha məsləhətli turşular arasında klassik duzlu xiyar və kələmi göstərmək olar. Əgər ənənəvi üsulla hazırlanıbsa, bu turşular probiotiklərlə zəngindir və bağırsaq sağlamlığı üçün faydalıdır. Həmçinin sarımsaq, bibər və yaşıl pomidor turşuları immuniteti gücləndirir və çox vaxt duzlu suda fermentasiya olunur. Tək inqrediyentli turşular, məsələn yalnız kələm və ya yalnız xiyar, qarışıq olmayan turşular olduğundan risk daha azdır . Ekspert açıq bankalarda, üstü bağlı olmayan vəziyyətdə satılan turşuları alan zaman diqqətli olmağı tövsiyə edir. O, suyu bulanıq olan turşuları almamağı məsləhət görür: Çünki burada mikrobların çoxalması ehtimalı yüksəkdir. Çox qarışıq inqrediyentlərdən hazırlanmış turşular, məsələn göbələk, balıq və ya müxtəlif tərəvəzlərin qarışığı botulizm riski daşıyır. Bəzi meyvə turşuları kifayət qədər fermentasiya olunmadığı üçün tez xarab olur, çox sirkəli və rəngi anormal parlaq turşular isə içində kimyəvi qatqı ola biləcəyinə işarədir . Müsahibimiz turşu alarkən gigiyena qaydalarına xüsusilə diqqət yetirilməsinin vacib olduğunu dedi: Turşu saxlanlkan bankanın qapağı şişkin olmamalıdır, çünki bu qaz əmələ gəlməsi və zədələnmə əlamətidir. Turşunun suyu şəffaf və ya açıq bulanıq olmalıdır; çox bulanıq, köpüklü və ya üfunətli qoxulu olmamalıdır. Plastik qabda satılan turşular uzun müddət qalanda təhlükəlidir, şüşə bankada hazırlananlar isə daha sağlamdır. Dadına baxmadan turşu almaq risklidir, yaxşı satıcı turşunun necə hazırlandığını izah etməlidir. Əgər özünüz evdə etibar etdiyiniz üsulla turşu hazırlamırsınızsa, sadə və ənənəvi duzlu xiyar və ya kələm turşusuna üstünlük verin. Bazardan alarkən isə mütləq satıcıya Duzlu suda hazırlanıb, yoxsa sirkə əlavə olunub? sualını verin . Niyaz Hacıyev Sfera.az
Kateqoriya25.09.25, 08:41
Ukraynadakı münaqişə yeni mərhələyə keçib - AÇIQLAMA
ABŞ Dövlət katibi Marko Rubio BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclasında çıxış edərək, münaqişənin yeni mərhələyə keçdiyini vurğulayıb. O bununla müharibənin genişlənməsinin mümkünlüyünü vurğulayıb. Politoloq Məhəmməd Əsədullazadə Sfera.az-a açıqlamasında bildirib ki, Rubio müharibənin yeni mərhələyə keçməsindən danışanda Ukraynanın Rusiyaya qarşı zərbələrinin sayının artmasını nəzərdə tutub: Həmçinin Donetsk istiqamətində də Ukrayna kifayət qədər irəliləyişlər əldə edib. ABŞ bunu deməklə konkret olaraq prosesin danışıqlar müstəvisindən artıq müharibə müstəvisinə keçdiyini qeyd edib. Çünki Rusiya tərəfi konkret olaraq heç bir danışıqlara getmədi. Müharibəni aparmaq niyyətini ortalığa qoydu. Demək olar ki, ABŞ Ukraynaya hərbi yardımları artırıb . Prosesi şərh edən politoloq əlavə edib Avropa ölkələri də bilməlidir ki, müharibə arealı genişlənir: Rusiya tərəfində təxribatlar istisna olunmur. Həmçinin Avropa ölkələri də bununla bağlı ciddi olmalı, öz təhlükəsizlilərini təmin etməlidirlər. Təkcə ABŞ-dən gözləntiləri olmamalıdır. Öz ümumi daxili məhsulunun 5%-ni və daha da artığını ordunun inkişafına, təhlükəsizliyinə güclənməsinə sərf etməlidir . Müsahibimiz müharibənin yaxın perspektivdə bitmə ehtimalının olmadığını da vurğulayıb. Niyaz Hacıyev Sfera.az
Kateqoriya25.09.25, 08:05
Moskvada iki sərnişin təyyarəsi toqquşdu
Moskvanın Şeremetyevo hava limanında iki sərnişin təyyarəsi toqquşub. Sfera.az xəbər verir ki, bu haqda Mash teleqram kanalı məlumat yayıb. Məlumata görə, Moskvadan Sankt-Peterburqa uçan Sukhoi Superjet 100 və Pekinə yola düşməyə hazırlaşan Hainan Hava Yollarına məxsus Airbus A330 təyyarəsi uçuş-enmə zolağında bir-birini dəyib. Superjet in quyruğu, Airbus un qanadı zədələnib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Kateqoriya24.09.25, 21:47