Nobel mükafatı dünyada verilən ən prestijli mükafatlardan biridir. Sülh, ədəbiyyat, iqtisadiyyat, fizika, kimya və tibbi sahələrdə təqdim edilən bu mükafat həm fərdi, həm də təşkilati səviyyədə böyük nüfuz qazandırır. Siyasətçilər və dövlət başçıları arasında Nobel sülh mükafatı alanlar xüsusi maraq doğurur, çünki onların fəaliyyəti qlobal siyasətə və beynəlxalq münasibətlərə birbaşa təsir göstərir.
Sfera.az xəbər verir ki, Nobel mükafatı alanlar arasında siyasətçilər, dövlət və hökumət başçıları da var. Siyasətçilər arasında Nobel mükafatını daha çox ABŞ prezidentləri alıb.
1. Mixail Qorboçov (Sovet İttifaqının son rəhbəri, 1990)
Mixail Qorboçov, Sovet İttifaqı Kommunist Partiyasının son Baş Katibi və SSRİ-nin ilk və son prezidenti olaraq, 1985-ci ildə hakimiyyətə gəldikdən sonra daxili islahatlar və xarici siyasət sahəsində mühüm addımlar atdı. O, ABŞ ilə dörd zirvə görüşü keçirdi, 1987-ci ildə Avropada ortamənzilli raketlərin ləğvi barədə razılığa gəldi, sovet qoşunlarını Əfqanıstandan çıxarmağa başladı və digər beynəlxalq təzyiqlərlə bir sıra ölkələrdən qoşunları geri çəkdi. 1989-cu ildə Corc Buşla görüşündə soyuq müharibənin bitdiyini elan etdi. Bu nailiyyətlərinə görə 1990-cı ildə Nobel Sülh Mükafatına layiq görüldü.
2. Aunq San Suu Kyi (Myanmar lideri, 1991)
Myanmarın siyasi lideri Aunq San Suu Kyi 1991-ci ildə Nobel Sülh Mükafatı alıb. Ona bu mükafat, ölkədə demokratik islahatları təşviq etdiyinə və mülki hüquqların qorunmasında göstərdiyi cəsarətə görə verilib.
3. Nelson Mandela (Cənubi Afrika Prezidenti, 1993)
Cənubi Afrika lideri Nelson Mandela və keçmiş Prezident Frederik Villem de Klerk 1993-cü ildə Nobel Sülh Mükafatı ilə təltif olunub. Bu mükafat, Cənubi Afrikada apartied rejiminin ləğvi və çoxpartiyalı demokratik sistemin qurulmasında göstərdikləri səylərə görə verilib. Mandela dünya miqyasında barış və insan haqları simvolu kimi tanındı.
4. Cimmi Karter (ABŞ Prezidenti, 2002)
ABŞ-nin 39-cu Prezidenti Cimmi Karter 2002-ci ildə Nobel Sülh Mükafatı ilə təltif olunub. Karter mükafata prezidentlikdən sonra insan hüquqları, demokratiyanın təşviqi və beynəlxalq konfliktlərin həllində fəal iştirakı səbəbindən layiq görülüb.
5.Barak Obama (ABŞ Prezidenti, 2009)
2009-cu ildə ABŞ-ın 44-cü Prezidenti Barak Obama Nobel Sülh Mükafatı ilə təltif olunub. Mükafat ona nüfuzlu diplomatiya və nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində gördüyü işlərə görə verilib. Mükafat bəzi tənqidçilər tərəfindən “tez verildi” hesab edils də, Obama diplomatik səyləri ilə qlobal miqyasda əhəmiyyətli bir simvol oldu.
6. Ənvər Sadat (Misir Prezidenti, 1978)
ABŞ Prezidenti Cimmi Karterin nəzarətində 1978-ci il 17 sentyabrda İsrail Prezidenti Menaxem Beginlə 12 gün davam edən gizli danışıqların ardından Kemp-Deviddə imzalanan Kemp-Devid müqaviləsinə görə Ənvər Sadat bu mükafata layiq görülüb.
7. Yasir Ərəfat (Fələstinin dövlət başçısı, 1994)
1994-cü ildə Nobel Sülh mükafatı Ərəfat, Şimon Peres və İshaq Rabinə "Orta Şərqdə sülh yaratmaq səylərinə görə" birlikdə verilib.
8. Vudro Vilson (ABŞ-nin prezidenti, 1920)
Vilson ABŞ-Amerika Birləşmiş Ştatlarının 28-ci prezidenti olub. O, ABŞ tarixində elmlər doktoru elmi dərəcəsinə malik olan yeganə prezidentdir. Vudro Vilsonun hakimiyyətdə olduğu müddətdə I Dünya müharibəsi başlamışdı. 1917-ci il aprelin 6-da o ABŞ-ın da bu müharibəyə qatılması barədə qərar qəbul etdi. 1918-cil il yanvarın 8-də prezident Konqresdəki çıxışında müharibədən sonrakı dünyanın yenidən qurulmasını, daimi sülhün təmin edilməsini nəzərdə tutan və “14 bənd” adı ilə məşhur olan tezislərini irəli sürdü. Müharibədən sonra bu tezislərdə irəli sürülən ideyalardan yalnız 5-i, o cümlədən Millətlər Cəmiyyətinin qurulması fikri həyata keçirildi. Sülh prosesini dəstəklədiyi və gördüyü işlər üçün 1920-ci ildə Nobel Sülh Mükafatına layiq görüldü.
9. Kim Dae-junq (Cənubi Koreya prezidenti, 2020)
O, Nobel mükafatına namizəd olan və alan ilk koreyalı idi. Kim Dae-junq Cənubi Koreyada demokratiyanı bərpa etmək və Şimali Koreya ilə münasibətləri yaxşılaşdırmaq səylərinə görə 2000-ci ildə Sülh üzrə Nobel Mükafatını alıb.
10. Oskar Arias Sançez (Kosta-Rikanın Prezidenti, 1987)
Mərkəzi Amerikada uzun illər davam edən vətəndaş müharibələrini sona çatdırmaq üçün hazırladığı və təşviq etdiyi barış planına görə 1987-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb. Bu plan 1987-ci ildə Mərkəzi Amerika ölkələri tərəfindən qəbul edildi. Planda azad seçki hüququ, insan hüquqlarının müdafiəsi və xarici müdaxilənin qarşısını almaq nəzərdə tutulurdu.
11. Villi Brandt (Almaniyanın kansleri, 1971)
Hakimiyyətdə olduğu müddət ərzində o, Qərbi Almaniyanın nüvə silahlarının yayılmaması haqqında müqaviləni (NPT) imzalamasına diqqət yetirdi. Villi Brandt Sovet İttifaqı ilə zorakılıq əleyhinə saziş və Polşa ilə Qərbi Almaniyanın 1945-ci ildə qüvvəyə minmiş Şərqi Avropada yeni milli sərhədləri qəbul etməsini nəzərdə tutan saziş bağladı. Bu müqavilələr Berlin üzrə Dörd Qüvvət Sazişinin əsasını qoydu və bu, bölünmüş şəhərin hər iki tərəfindən ailələrin bir-birini ziyarət etmələrini asanlaşdırdı. Gördüyü bu işlərə görə 1971-ci ildə Nobel Sülh Mükafatına layiq görüldü.
12. Uinston Çörçill (İngiltərənin baş naziri, 1953)
Ədəbiyyat üzrə Nobel almış siyasətçidir. Mükafat ona "tarixi və bioqrafik əsərlərini yüksək sənətkarlıqla qələmə aldığına, yüksək insani dəyərləri müdafiə edən parlaq natiqlik məharətinə görə" verilmişdi. Çörçillə mükafat 1953-cü ildə təqdim olunub.
Siyasətçilərə Nobel mükafatı verilməsi onların qlobal nüfuzunu artırır. Nobel mükafatı alan siyasətçilər və prezidentlər göstərir ki, liderlik yalnız ölkə daxilində deyil, qlobal miqyasda da məsuliyyət və təsir tələb edir. Onların fəaliyyəti dünya siyasətində sülh, diplomatiya və insan hüquqlarının təşviqi üçün nümunə kimi qalır.
Niyaz Hacıyev
Sfera.az