60 ilə yaxın hakimiyyət - İllərə sinə gərən LİDERLƏR KİMLƏRDİR?

60 ilə yaxın hakimiyyət - <span style="color:#ff0000">İllərə sinə gərən LİDERLƏR KİMLƏRDİR?</span>
Kateqoriya məlum deyil25.09.25, 08:18226 👁️
T

Dünya siyasətində bəzı dövlət başçıları illər, bəzən isə onilliklərlə hakimiyyətdə qalaraq ölkələrinin daxili və xarici siyasətinə davamlı təsir göstərirlər. Onların arasında monarxlar, seçkilərlə gələn prezidentlər və hətta inqilab nəticəsində hakimiyyətə yiyələnən liderlər də var.

 

Sfera.az “uzun müddət” kateqoriyasına daxil olan, yəni on illərlə hakimiyyətdə olan əsas dövlət və hökumət rəhbərlərini təqdim edir. 

 

Qeyd edək ki, məlumat əsasən dövlət rəhbərlərinin rəsmi inauqurasiya tarixlərinə əsaslanan siyahılardan götürülüb.

 

Siyahımızın ilk sırasında 79 yaşlı Brunei Sultanı Hassanal Bolkiahdir ki, o, 1967-ci ildən bəri taxtdadır. Artıq 58 ildir ölkəsini idarə edən Sultan dünyada ən uzunmüddətli hakimiyyətdə olan lider hesab olunur.

 

 

 

 

Ekvatorial Qvineya Prezidenti 83 yaşlı Teodoro Obianq Nqema Mbasoqo  isə 1979-cu ildən, yəni 46 ildir hakimiyyətdədir. 

 

 

 

Onu 1982-ci ildən bu günədək, 43 ildir prezident postunu qoruyan Kamerun lideri 92 yaşlı Paul Biya izləyir.

 

 

81 yaşlı Uqanda Prezidenti Yoveri Museveni 1986-cı ildə hakimiyyətə gəlib və bu günə qədər təxminən 40 ildən artıqdır ki, ölkənin başında dayanır. 

 


1986-cı ildə taxta çıxan 57 yaşlı Esvatini kralı III Msvati də artıq 39 ildir idarəçiliyini davam etdirir.

 

 

79 yaşlı Eritreya Prezidenti İsayas Afeverki 1993-cü ildən, ölkənin müstəqilliyindən bu yana 32 ildən çoxdur dövlət başçısıdır. 

 

 

İranın ali rəhbəri 86 yaşlı Ayətullah Seyid Əli Xamenei isə 1989-cu ildən bəri, 36 ildir ölkənin ən yüksək dini-siyasi lideridir.

 

 

Avropada ən uzunmüddətli liderlərdən biri 71 yaşlı Belarus Prezidenti Aleksandr Lukaşenkodur. O, 1994-cü ildən bu günədək 31 ildir ölkəni idarə edir. 

 

 

Digər tərəfdən, 73 yaşlı Rusiya Prezidenti Vladimir Putin 1999-cu ildən etibarən müxtəlif formalarda, həm prezident, həm də baş nazir kimi ölkənin siyasi kursunu müəyyənləşdirib. Onun hakimiyyətdə olduğu ümumi müddət artıq 26 ili keçib.

 

 

2000-ci il hakimiyyətə gələn 68 yaşlı Ruanda Prezidenti Pol Kaqame də 25 ildir iqtidardadır.

 

 

 

Bu siyahıya nəzər saldıqda görmək olur ki, uzun müddət hakimiyyətdə qalmaq daha çox Afrika və Asiya ölkələrində müşahidə edilir. Bunun səbəbləri sırasında konstitusiya dəyişiklikləri, siyasi rəqiblərin zəiflədilməsi, seçki institutlarının yetərincə işləməməsi və monarxik idarəetmə forması xüsusi rol oynayır. Avropa və Qərbdə isə belə hallara az rast gəlinir.

 

Firuzə Əliyeva
Sfera.az


 

PAYLAŞ
Sehliyali
Yüklənir...