66 obyektdə qaydalar pozuldu - Nazirlik

66 obyektdə qaydalar pozuldu - Nazirlik
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarəti davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, noyabrın 18-də aparılan monitorinqlər zamanı Binəqədi rayonunda "Qarabağ ucuz market”də, "Aptek-193”də, Nərimanov rayonunda "Laminat evi” mağazasında, "Məhəllə market”də, Nəsimi rayonunda Rəcəb Nəsirova, İlqar Fərmanova məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda Rüstəm Qədirliyə məxsus ərzaq mağazasında, Qaradağ rayonunda "Kaktus mebel salonu”nda, Sabunçu rayonunda "Fito çay” ticarət obyektində, "Eccentric–mağaza”da, Səbail rayonunda "Sevimli dad mağazası”nda, "İvanovka mağazası”nda, Suraxanı rayonunda "Oba market”də, "Al market”də, Xətai rayonunda "Elya butik” mağazasında, Xasay Əliyevə məxsus pərakəndə ticarət obyektində, Xəzər rayonunda Adil Əliyevə məxsus tikinti materialları mağazasında, Yasamal rayonunda "Avromart 5 mərtəbə” mağazasında, "Dalğa market”də, Gəncə şəhərində "Sahil uşaq geyimləri mağazası”nda, "Stimul keramika mağazası”nda, Sumqayıt şəhərində "Halal market”də, "Qayalı market”də, Abşeron rayonunda Polad Məmmədova məxsus "Ləziz şirniyyat evi”ndə, Zahir Mahmudova məxsus mağazada, Quba rayonunda Əziz Əliağayevə məxsus pərakəndə ticarət obyektində, Sabirabad rayonunda Mənsiməxanım Ağaşovaya, İlqar Ələkbərova məxsus pərakəndə ticarət obyektlərində, Şəmkir rayonunda "Billur home” mağazasında, Yasin Nəcəfova məxsus mebel mağazasında, ümumilikdə 66 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub. Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

OXŞAR XƏBƏRLƏR

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...

Şirvanda narkotikə görə 6 nəfər HƏBS EDİLDİ - FOTO

Şirvanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.   Bu barədə Daxili İşlər Nazirliyindən...

Prezident: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri il...

Bu qan qrupu olan insanlarda insult riski YÜKSƏKDİR

A qan qrupunda olan insanların 60 yaşından əvvəl insult keçirmə riskinin digər qan qruplarına nisbətən daha yüksək olduğu açıqlanıb.   Sfera.az xəbə...

İlham Əliyev: "Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik"

Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublik...

Prezident: "COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır"

Biz COP29-a ev sahibliyinə yekdilliklə seçildik. Bu, bizim üçün çox böyük şərəfdir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Pr...