2020-ci ilin ən yaxşı dietası seçildi

2020-ci ilin ən yaxşı dietası seçildi

"U.S. News & World Report” nəşrinin mütəxəssisləri dünyanın ən məşhur 35 dietasını öyrəniblər və 2020-ci il üçün ən yaxşı olaraq Aralıq dənizi dietasını seçiblər. 

Reytinq nəşrin saytında dərc edilib.

"Hər kəsə məlumdur ki,  Aralıq dənizi ölkələrində insanlar daha uzun yaşayır, xərçəng və ürək-damar xəstəliyindən isə daha az əziyyət çəkirlər. Bunun sirri isə sadədir: aktiv həyat tərzi, çəkiyə nəzarət və tərkibində qırmızı ət, şəkər, doymuş yağ az olan və yüksək miqdarda enerji verən və sağlamlıq üçün faydalı digər məhsullar olan pəhriz”, - deyə dietanın təsvirində bildirilir.

Siyahının ikinci pilləsində DASH-dieta ("dietary approaches to stop hypertension”, hipertoniyanın azaldılmasına dietik yanaşma) gəlir. Bu pəhriz duz, doymuş yağlar və şəkərin yüksək miqdarda olduğu məhsulların azaldılması və ya onlardan tamamilə imtina edilməsini nəzərdə tutur.

Üçüncü yerdə "çevik vegetarian pəhriz” (the Flexitarian Diet) qərarlaşıb. Bu sxem ətdən imtina etməyi nəzərdə tutur, lakin insanın ürəyi çox istəyirsə, istisnalar da mümkündür. 

Ən yaxşı qidalanma variantlarının Top 10-luğuna (Reytinqdən çıxma ardıcıllığı ilə) daxildir: çəki-gözətçiləri pəhrizi, Mayo klinikasının dietası, MIND-dieta, Volumetrik pəhriz, TLC-dieta, Skandinaviya dietası və Dr.Ornişanın pəhrizi. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...