15 yaşlı qıza təcavüz edən sabiq polis həbs edildi - Prokurorluq

15 yaşlı qıza təcavüz edən sabiq polis həbs edildi - Prokurorluq
Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində yetkinlik yaşına çatmayan Bəsti Cahanovaya (ad şərti olaraq qeyd edilmişdir) qarşı polis nəfəri Mirsahib Kazımzadənin seksual xarakterli hərəkətlər etməsi barədə məlumatlar yayılıb.

Lənkəran rayon prokurorluğundan Sfera.az-a verilən məlumatda bildirilir ki, 2006-cı il təvəllüdlü Bəsti Cahanovanın, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri Mirsahib Kazımzadənin 26.08.2020-ci il tarixdə, saat 23 radələrində "Palıdlı sahil” otelində ona qarşı seksual xarakterli digər hərəkətlərin edilməsi barədə müraciəti əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılmış və 07.12.2020-ci il tarixdə faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

30.09.2020-ci il tarixdə Mirsahib Kazımzadə daxili işlər orqanı əməkdaşının adına ləkə gətirən hərəkətlər etdiyində görə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında 27.01.2021-ci il tarixdə sabiq polis nəfəri Mirsahib Kazımzadə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə ibtidai istintaqın qısa müddət ərzində tamamlanaraq məhkəməyə göndərilməsi təmin ediləcəkdir.

OXŞAR XƏBƏRLƏR

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...