“1 milyon 500 min şagird var, bu qədər kompüter heç satışda yoxdur”

“1 milyon 500 min şagird var, bu qədər kompüter heç satışda yoxdur”
"Ölkədə 1 milyon 500 min şagird var. Amma Azərbaycan bazarında heç bu qədər sayda kompüter satışda yoxdur. Biz şagirdlərin hamısını kompüterlə təmin etsək belə, problem həll olunmayacaq. Əksinə daha ciddi problemlər yaranacaq”.

Sfera.az  xəbər verir ki bunu təhsil naziri Emin Əmrullayev dərslərin təşkilindəki problemlərdən danışarkən bildirib.

O qeyd edib ki, "1 şagird, 1 kompüter” sistemi tətbiq olunan ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələr də təhsil sahəsində elə ciddi uğurlar əldə etməyiblər. Ona görə də ictimai müzakirəyə açıq olmalıyıq ki, düzgün strategiya seçək.

Nazir həmçinin bildirib ki, kompüter çatışmazlığı, internetə çıxışın zəif olması, müəllimlərin onlayn dərs keçmə bacarıqları və elektron tədris resursları baxımından koronavirus pandemiyasına davamlı olaraq problematik tərəf və ya imkan kimi baxa bilərik. 

"Biz birinci gündən başa düşürdük ki, kompüter və internet problemləri olacaq. Ona görə də teledərslər modelini seçdik. Ən yaxşı tərəf bu teledərslərlə bağlı oldu, ən bacarıqlı müəllimlər öz bilik və bacarıqlarını şagirdlərə çatdırır. Lakin burada da interaktivlik çatmır, şagirdlər sual verə bilmirlər. Biz Bakı və Sumqayıt kimi iri şəhərlərdə təxminən 74-75 % təhsilalanı qeydiyyatdan keçirib onlayn təhsilə cəlb edə bilmişik. Yerdə qalanlar bizim üçün də problemdir”, - nazir bildirib. 

OXŞAR XƏBƏRLƏR

Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir.    Sfera.az-ın məlumatına görə, avtomobi...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəh...

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...