“Üzürlü səbəbdən aliment ödəyə bilməyən atanın həbsi qanunsuzdur” – VƏKİLDƏN AÇIQLAMA

“Üzürlü səbəbdən aliment ödəyə bilməyən atanın həbsi qanunsuzdur” – VƏKİLDƏN AÇIQLAMA
 

 

Azərbaycanda boşandıqdan sonra ata tərəfindən alimentin ödənilməməsinə görə həbslər həyata keçirilir. Amma bir sıra hallarda elə durum yaranır ki, aliment ödəməli olan ata işsiz olur. Bu fonda işsiz atanı həbs etmək nə dərəcədə doğrudur?

 

Sfera.az-a açıqlamasında mövzuyla bağlı səsləndirilən suallara vəkil Vamiq Şükürov cavab verib:


"Mövcud qanunvericiliyə görə, ilk növbədə uşağı valideynlər saxlamalı, onların maddi və digər təminatlarını həyata keçirməlidirlər. Məhkəmə qərarı ilə uşaq adəti üzrə ananın himayəsində saxlanılırsa, övladın aylıq təminatını ata ödəməlidir. Bəzən həmin ödənişi qəsdən, bəzən də imkansızlıqdan atalar ödəyə bilmir. Alimentin qəsdən, yaxud işsizlik səbəbindən ödənilmədiyini müəyyənləşdirmək həmin məsələ barədə çıxarılan məhkəmə qərarını yerinə yetirən icra məmurlarının öhdəsindədir. Onlar alment ödəməli olan şəxsin ondan qəsdən yayındığını, yoxsa imkansız olduğundan ödəyə bilmədiyini müəyyənləşdirməlidir. Bu da müəyyən mülahizə və sübutlara əsasən müəyyən edilir”.

 

Vəkil bildirdi ki, alimentin ödənilməsinə imkanın olmaması müxtəlif üzürlü səbəblərdən yarana bilər:

 

"Məsələn, aliment ödəməli olan atanın sağlamlığında problem yarana bilər və o işləyə bilməz. Yaxud da işsiz olar. İşlə təmin olunmaq üçün məşğulluq orqanlarına müraciət edilməlidir. Bu zaman da işsizlik müavinatı alan ata onun bir hissəsini aliment olaraq ödədiyini sübut etməlidir. Adətən aliment ödəməli olan borclu şəxslər dövlət orqanları ilə münasibətlərini düzgün qurmurlar. Digər tərəfdən, alimenti ödəmək imkanında olmayan şəxslər illərlə bu barədə icra məmurlarına rəsmi məlumatlar vermir, sənəd və sübutları təqdim etmirlər. Yalnız icra məmurları həmin şəxsləri axtarışa verdiyi zaman onlar əl-ayağa düşürlər. Onlarla bağlı verilən məhkəmə qərarları da qanuna və ədalətə əsaslanmalıdır. Qanun da tələb edir ki, alimentin verilməməsi üzürlü səbəbdən yaranıbsa, onu ödəyə bilməyən şəxsin həbsi qanunsuzdur. Məhkəmələr bu məsələlərə ciddi şəkildə əməl etməlidir”.


 

Elçin.


OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...