Yeyə-yeyə arıqlayın - YAPON DİYETOLOQLARINDAN TÖVSİYƏ

Yeyə-yeyə arıqlayın - YAPON DİYETOLOQLARINDAN TÖVSİYƏ
 Biz öyrəşmişik ki, arıqlamaq üçün mümkün qədər az yemək, hətta ac qalmaq lazımdır.
Lakin Yaponiya alimlərinin son araşdırması göstərib ki, yeyə-yeyə də arıqlamaq mümkündür. Lakin bunun üçün 1 sadə qaydaya riayət etmək lazımdır.
Sfera.az saqlamolun.az-a istinadən xəbər verir ki, araşdırmada 60 mindən çox kişi və qadın iştirak edib. Alimlər 6 il ərzində bu insanları müşahidə etdikdən sonra belə qərara gəliblər ki, insan tez-tez, tələsik yemək yeyəndə bu piylənməyə və şəkərli diabetin inkişafına səbəb ola bilər.
Əksinə isə qidanı mümkün qədər asta-asta çeynəyən və yeməklər arasında fasilələr verən insan nəinki kökəlməz, hətta arıqlaya da bilər.
Alimlərin fikrinə görə, toxluq haqqında siqnal mədədən beyinə müəyyən "gecikmə" ilə çatır. Bu səbəbdən tez-tez yeyən insanın beyini toxluq haqqında məlumatı xeyli gecikmə ilə alır ki, bu müddət ərzində insan lazım olandan daha çox yemək yeyir.
Bundan əlavə alimlər artıq çəkidən azad olmaq istəyənlərə daha 2 sadə tövsiyə edir: əsas qəbulların arasında heç nə yeməyin və yatmazdan ən azı 2 saat əvvəl qida qəbul edin.

OXŞAR XƏBƏRLƏR

Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir.    Sfera.az-ın məlumatına görə, avtomobi...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəh...

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...