\"Yaşma bağları\"nda 30 illik su problemi: kanal suyunu dənizə axıdırlar - FOTO + VİDEO

\
 

Sakinlərə kanal suyunu da çox görürlər

Düşünmək olardı ki, yay arxada qalıb və bəzən sakinlərin yayda suyu fasilələrlə alması problemi də aradan qalxıb. Ancaq bu sözləri Sumqayıt şəhər "Yaşma bağları” massivinə aid etmək mümkün deyil. Nə qədər paradoksal olsa da, burada susuzluq problemi məhz yayın bitməsi ilə başlayır.

Sfera.az xəbər verir ki, BakuCity.az-ın araşdırması nəticəsində məlum olub ki, burada 1988-ci ildən məskunlaşan əhali elə həmin vaxtdan içməli suyu ya satın alır, ya da Taxtakörpü kanalından gələn suvarma suyundan istifadə edir.

Yəni XXI əsrdə bu qəsəbədə yaşayan insanlar hələ də kanal suyunu içmək məcburiyyətindədir. Lakin son vaxtlar bu kanal suyunu da insanlara çox görüblər.

Sumqayıt şəhər "Yaşma bağları” massivində yaşayan Kamil Abdullayev redaksiyamıza müraciət edərək əraziyə verilan kanal suyunun da kəsildiyini deyib. Halbuki kanaldan gələn su boş-boşuna Xəzər dənizinə axıdılır, amma nədənsə yaşayış massivinə su verilmir.

O, sözügedən problemin oktyabrın 25-dən yaşandığını bildirib.

Sakinlər "Meliorasiya və Su Təsərüfatı” ASC-ni günahlandırırlar.

K.Abdullayev bildirib ki, belə davam edərsə, problemə diqqət çəkmək üçün sakinlərin yolu bağlayacağı da istisna deyil.

Təbii ki, yolu kəsmək problemdən çıxış yolu deyil, amma sual yaranır: bəs bu insanlar nə etsinlər, illərdir davam edən acınacaqlı duruma nə vaxt son qoyulacaq?

Vəziyyətlə bağlı "Meliorasiya və Su Təsərrüfatı” ASC-yə və digər aidiyyəti qurumlara müraciət etmişik. Sözügedən problemi araşdırdıqdan sonra sorğumuzu cavablandıracaqlarını bildiriblər.

Məsələ diqqətimizdədir.

Kanalın suyunun dənizə axıdıldığını əks etdirən videonu təqdim edirik:




OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...