Xızıda silah anbarındakı partlayışla bağlı açıqlama

Xızıda silah anbarındakı partlayışla bağlı açıqlama
 "Avqustun 27-də Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışla əlaqədar aparılan əməliyyatların ilin sonunadək başa çatdırılması nəzərdə tutulub".

Sfera.az xəbər verir ki, bunu APA-ya Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə mütəxəssisi İdris İsmayılov deyib.

O bildirib ki, partlayış baş verəndən sonra ANAMA-nın şəxsi heyəti əraziyə cəlb olunub: "Bununla bağlı Xızıda operativ qərargah yaradılıb. Qərargahda Fövqəladə Hallar Nazirliyi (FHN), Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları və Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının nümayəndələri fəaliyyət göstərirlər. İlkin olaraq ərazi ANAMA-nın tədqiqat qrupu tərəfindən tədqiq edilib, ərazidə sursatların yayılma arealı müəyyən olunub. Sursatların ən uzaq düşmə məsafəsi 15 km idi. Ümumilikdə isə 10 min hektara yaxın əraziyə partlamamış hərbi sursat (PHS) yayılıb".  

İ. İsmayılovun sözlərinə görə, 45 iş günü ərzində 4717 hektar ərazi yoxlanılıb, 12 636 ədəd PHS aşkar edilərək zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb. Hazırda 50%-ə yaxın ərazi - sahil tərəf, hərbi hissənin qarşısından dənizə qədər ərazilər təmizlənib. 12 evə, habelə 46 evin həyətyanı, otlaq və əkin sahələrinə sursatlar düşüb. Ümumilikdə 58 evə baxış keçirilib və aşkar edilmiş PHS-lərin qalıqları həmin evlərdən götürülüb.

ANAMA-nın mütəxəssisi qeyd edib ki, əməliyyatlar aparılan zaman Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Şurabad və Yeni Yaşma kəndləri ərazisində məktəblər və xəstəxanalarda, insanların kütləvi toplaşdıqları ərazilərdə Agentlik tərəfindən maarifləndirmə işi aparılıb: "Əraziyə yayılmış sursatların şəkilləri insanlara paylanılıb ki, bu kimi sursatlar, partlayıcı elementləri gördükləri an dərhal ANAMA-ya, Fövqəladə Hallar Nazirliyinin "112" və Daxili İşlər Nazirliyinin "102" qaynar xidmətlərinə məlumat versinlər. Bu müddət ərzində qərargaha 150-yə yaxın yerli sakin tərəfindən müraciətlər daxil olub. 45 iş günü ərzində isə ANAMA-nın əməkdaşları tərəfindən 8868 nəfər yerli sakinlə mina və partlamamış hərbi sursatlara qarşı təhlükəsizliyə dair maarifləndirmə işi aparılıb".

Qeyd edək ki, avqustun 27-də Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...