Xalq artisti: “Arvadım uşağı və məni atıb cavan oğlanla qaçmışdı”

Xalq artisti: “Arvadım uşağı və məni atıb cavan oğlanla qaçmışdı”
Xalq artisti Səməd Səmədov ilk həyat yoldaşı Zərifə xanımı biabır edib.

Sfera.az bildirir ki, müğənni "Xəzər maqazin”ə açıqlamasında bildirib ki, dünyası dəyişən övladı Emini özü böyüdüb: "Oğlumun yasına gedəndə qonşular mənə "çox sağ ol” dedilər. Dedilər ki, anası uşağı atdı, sən böyütdün. Arvadım uşağı da, məni də atıb cavan oğlanla qaçmışdı. 7 nəvəmin canına and içirəm ki, uşaq mənim indiki həyat yoldaşıma ana deyirdi. Öz anasını görmürdü. Uşağı mənim anam və həyat yoldaşım tərbiyə edirdi. Hətta o, xəstə atamı da atmışdı. Bunu qonşular da deyər”.

S.Səmədov köhnə qonşularını da kameralarla birlikdə axtarıb, onları şahid kimi göstərib.

Qonşusu Sima xanım Zərifə haqda bunları deyib: "Səməd oturub evdə uşaq saxlayırdı. O isə evə gecə sərxoş gəlirdi. Deyirdik, niyə belə edirsən? Deyirdi, kefdən gəlirəm. Onun anası da, atası da, özü də çox nankor idi”.

Qeyd edək ki, Zərifə S.Səmədovun övladına baxmadığını, onun yasına qırmızı pencəklə gəldiyini iddia etmişdi.(axşam.az)

OXŞAR XƏBƏRLƏR

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...