Övladının toy dəvətnamələrini paylayırdı-maşın vurdu

Övladının toy dəvətnamələrini paylayırdı-maşın vurdu

Balakəndə övladının toy məclisinə dəvətnamə paylayan atanı maşın vurub öldürüb.
 
Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 25-i axşam saat 18:45 radələrində rayonun Qazma kənd sakini, 1963-cü il təvəllüdlü Hikmət Hənəfi oğlu Muradov avtomobil vurması nəticəsində aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq 53 yaşlı Hikmət Muradov xəstəxanaya daxil olduqdan bir qədər sonra ölüb.
 
Sfera.az xəbər verir ki, Balakən rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə rayonun Qazma kəndi ərazisində baş verib. Hikmət Muradov hələki adı və soyadı açıqlanmayan sürücünün idarə etdiyi xırda tutumlu "Ford” markalı yük maşını ilə vurulduğu bildirilir. Məlumatda o da bildirilir ki, Hikmət Muradovu maşın vuran zaman o, üç gün sonra toyu olacaq övladı üçün dəvətnamə paylayırmış.
 
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...

Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər

Vyana və Portsmut Universitetlərinin beynəlxalq alimlər qrupu Zimbabvedəki Yafuta Təbiət Qoruğunun əməkdaşlarının iştirakı ilə fillərin jest və səslərinin dilin...

Yüzlərlə fəal Almaniyadakı “Tesla” zavoduna hücum etdi

Yüzlərlə fəal Almaniyanın Qrünheide şəhərindəki “Tesla GigaBerlin” zavoduna hücum edir, bəziləri fabrikin ərazisinə daxil olmağa çalışır. Alman poli...