Gündəm

UEFA “Qarabağ”ın oyunlarını keçirəcəyi stadionu rəsmən açıqladı

UEFA “Qarabağ”ın oyunlarını keçirəcəyi stadionu rəsmən açıqladı
"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının yeri dəyişdirilib.
 
Sfera.az xəbər verir ki, UEFA rəsmi saytı vasitəsilə Ağdam təmsilçisi ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcəyini açıqlayıb. 

Qitə futbol qurumu daha əvvəl "Qarabağ”ın Bakıdakı qarşılaşmalarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəyini açıqlamışdı. Beş qat çempionumuz ilk ev matçında oktyabrın 4-ü "Arsenal”ı qəbul edəcək. 
 
Qeyd edək ki, 2019-cu il Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

XƏBƏR LENTİ

«    Aprel 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930