Türkiyəni göz yaşına boğan son PKK əleyhinə klipdə Azərbaycan izi

Türkiyəni göz yaşına boğan son PKK əleyhinə klipdə Azərbaycan izi

Türkiyə 1 noyabrda seçkilərə hazırlaşır. Hər dəfə təsirli reklam kampaniyaları ilə diqqəti çəkən Ədalət və İnkişaf Partiyasının (AK Partiya) bu dəfə Şanlı Urfa namizədi Faruk Çelik “bombanı partladıb”. PKK-nın kürd-türk ayırımı etmədən bölgə insanının düşməni olduğuna diqqət çəkən reklam filmi Türkiyədə şok effekti yaradıb.

12180062_10206743933789710_264114861_n

“Oyuna gəlmə, qardaşım” adlanan reklam filmi qısa zamanda Türkiyədə böyük səs salıb. Sosial mediada, xüsusilə, türklərin üstünlük təşkil etdiyi “Twitter”də birinci olan #oyunagelmekardeşim haştağı  ilə paylaşılan reklam filmi insanları göz yaşına boğub.

12179978_10206743933589705_1858610842_n

Yenicag.az xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının Şanlı Urfa namizədi Faruk Çelikin çəkdirdiyi klipin ideya müəlliflərindən biri Azərbaycanda tanınan iş adamı Hüseyn Büyükfıratdır. Ssenarisi isə H.Büyükfıratın başçılıq etdiyi “Büyükfırat” Qrupun marka danışmanı olan Taylan Doğana aiddir.

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının məşhur Türk bayrağı reklamının müəllifi də Taylan Doğan idi.

c4887d3ca085Türkiyənin məşhur reklamçılarından olan Taylan Doğan 20 ildən çoxdur ki, PR kampaniyalarının təşkili və qurulması ilə məşğuldur. Baş nazir Rəcəb Tayyib Ərdoğanla hələ İstanbul meri olduğu zamandan isti münasibət quran T.Doğan 2010-cu ildə Azərbaycana gələn və müxtəlif media və QHT rəhbərləri ilə görüşlər keçirən türk media heyətində yer almışdı.

Xatırladaq ki, Azərbaycandakı ilk türk şirkətlərindən olan “Büyükfırat”ın sahibi olan Hüseyn Büyükfırat Ədalət və İnkişaf Partiyasının Şanlı Urfadakı təbliğatında yaxından iştirak edir. Hətta Şanlı Urfadakı restoranını da AK Partiyaya seçim bürosu olaraq, bağışlayıb.48f62710d842

ebc45d7f3c011d67cb0655f6


OXŞAR XƏBƏRLƏR

Səfir: "Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükəyə atır"

Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükə altına qoyur.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfir...

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...