Tramp Kim Çen Inı tərfilədi:“İstiqanlı və produktiv...”

Tramp Kim Çen Inı tərfilədi:“İstiqanlı və produktiv...”
ABŞ prezidenti Şimali Koreyanın onun iyun sammitinin təxirə salmaq qərarına verdiyi cavabı müsbət qiymətləndirib.

Donald Tramp deyib ki, Kim Çen Inın sammitin təxirə salınmasına münasibət produktiv və istiqanlı olub: "Şimali Koreyadan istiqanlı və produktiv bəyanat almaq çox yaxşı xəbərdir. Bu yaxınlarda bunun haraya aparacağını görəcəyik. Ümid edirəm ki, bu, davamlı sülh və firavanlığa aparan yol olacaq. Bunu zaman göstərəcək!” – deyə, prezident Twitter hesabında yazıb.

Şimali Koreya hələ də ABŞ prezidenti Donald Tramp ilə danışmaq istədiyini bəyan edib. Tramp iyunun 12-nə Kim Çen Inla planlaşdırılan sammiti təxirə salıb, bunu Pxenyanın "böyük qəzəb və açıq düşmənçiliyi” ilə izah edib. Şimali Koreya xarici işlər nazirinin müavini Kim Kye Gvan Trampın açıqlamasına münasibət bildirib, Pxenyanın Vaşinqtonla məsələləri "istənilən vaxt, istənilən yolla” həll etməyə açıq qaldığını söyləyib.

Gvan Trampın qərarını "gözlənilməz” adlandırıb, "böyük təəssüf” doğurduğunu vurğulayıb. O deyib ki, danışıqların təxirə salınması "Şimali Koreya- ABŞ arasındakı tarixən düşmən münasibətlərin durumunun necə ağır olduğunu, əlaqələrin yaxşılaşdırılması üçün sammitin keçirilməsinin vacibliyini”
göstərir. "Dünya və Koreya yarımadasında sülh və sabitlik yaratmaq öhdəliyimiz dəyişməz qalır, ABŞ-a vaxt və fürsət verməkdə açıq fikirliyik”, o bildirib.
Tramp Kim Çen Inla sammiti ləğv etmək istədiyini mayın 24-də açıqlayıb. Ondan bir gün öncə isə Şimali Koreya ABŞ-ın vitse-prezidenti Mayk Pensi "siyasi oyuncaq” adlandırmış, sammiti təxirə salmaqla hədələmişdi. (Amerikanın Səsi)
 

OXŞAR XƏBƏRLƏR

Zaqataladakı dönərxananın sahibi danışdı: "Özüm də yemişəm, heç bir problem yoxdur"  - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında haz...

Tom Kruz uşaqları ilə nadir fotosessiyaya çəkildi - FOTOLAR

61 yaşlı amerikalı aktyor Tom Kruz böyük uşaqları ilə birlikdə görünüb.   Sfera.az bildirir ki, İzabella (Bella) və Konnor aktyorun Nikol Kidmanla ev...

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   S...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...