Tovuzda toyda 3 nəfərin yaralandığı hadisənin təfərrüatı

Tovuzda toyda 3 nəfərin yaralandığı hadisənin təfərrüatı
Xəbər verdiyimiz kimi, Tovuz rayonunda toyda dava düşüb.

Sfera.az xəbər verir ki, hadisənin təfərrüatı məlum olub. İnsident iyulun 20-i gecə saatlarında baş verib. Toyda spirtli içki qəbul edən gənclərin bir-biri ilə zarafat etməsi sonda mübahisəyə səbəb olub. 2001-ci il təvəllüdlü Elgün İsmayılov toydan götürdüyü "butılka" ilə tanışı, 1996-cı il təvəllüdlü Fərid Mehdiyevin başından zərbə endirib.

Gənclərin davası bir neçə dəqiqə davam edib, daha sonra onları sakitləşdiriblər və tərəflər bir-birindən ayrılaraq hadisə yerindən uzaqlaşıb.

Daha sonra E. İsmayılovu əvvəlki davaya görə yenidən söhbətə çağırıblar. Bu dəfə 20 yaşlı gənc yol kənarındakı bərbərxanaya daxil olaraq oradan qayçı götürüb. Davam edən mübahisə zamanı isə digər tanışları - 1991-ci il təvəllüdlü Mahir Kərimovla Fuad Hüseynovun hər birini qayçı ilə qarın nahiyəsindən vurub.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo

OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...