Tibb tarixində nadir hadisə: Xəstə QİÇS-dən qurtuldu

Tibb tarixində nadir hadisə: Xəstə QİÇS-dən qurtuldu
Tibb tarixində nadir rast gəlinən hadisə baş verib.
 
İngiltərədə HİV+ diaqnozu qoyulan bir xəstə müalicədən sonra QİÇS xəstəliyinə səbəb olan bu virusdan qurtulub.
 
Bu, QİÇS xəstəliyinə qalib gəlmək yolunda tibb tarixində rast gəlinən ikinci hadisədir.
 
Adı açıqlanmayan, "londonlu xəstə” adlandırılan həmin şəxs nadir genetik mutasiyası sayəsində HİV-ə qarşı immuniteti olan bir donordan ilik qəbul edib və
müalicə olunaraq sağalıb. Xəstəliklə mübarizədə içdiyi dərmanlara 18 ay öncə son verən xəstədə HİV virusuna rast gəlinməyib. Həkimlər xəstədə virusa rast gəlməsə də, xəstənin tamamilə sağaldığını demək üçün tez olduğunu bildirib.
 
Qeyd edək ki, ilk belə hadisə Almaniyada qeydə alınıb. 2003-cü ildə HİV+ virusu aşkarlanan bir xəstə 2012-ci ildə "Hodqkin lemafoma” adı verilən bir tip qan xərçənginə tutulub. 2016-cı ildə xəstənin xərçəngin müalicəsi üçün ilik nəqli edilib. Bunun sayəsində həm də QİÇS-dən tamamilə qurtulan şəxs "berlinli xəstə” adlanırdı.
Xatırladaq ki, 1980-ci illərdən sonra sürətlə yayılan QİÇS xəstəliyi dünya miqyasında 35 milyon insan ölümünə səbəb olub.Publika

OXŞAR XƏBƏRLƏR

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...

Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər

Vyana və Portsmut Universitetlərinin beynəlxalq alimlər qrupu Zimbabvedəki Yafuta Təbiət Qoruğunun əməkdaşlarının iştirakı ilə fillərin jest və səslərinin dilin...

Yüzlərlə fəal Almaniyadakı “Tesla” zavoduna hücum etdi

Yüzlərlə fəal Almaniyanın Qrünheide şəhərindəki “Tesla GigaBerlin” zavoduna hücum edir, bəziləri fabrikin ərazisinə daxil olmağa çalışır. Alman poli...