Tarif Şurasından benzinin qiyməti haqda – Açıqlama

Tarif Şurasından benzinin qiyməti haqda –  Açıqlama

Tarif Şurası dünya bazarlarında neftin qiymətlərinin azalmasının davam etməsinə baxmayaraq, ölkədə benzinin ucuzlaşması üçün əsas görmür. 

Sfera.az xəbər verir ki, bunu Trend-ə Tarif Şurasından deyiblər. Bu, Azərbaycanda istehlak edilən benzinin 95 faizindən çoxunun tam olaraq ölkə daxilində istehsal edilən Aİ-92 markalı benzin olmasından irəli gəlir.

Şuradan bildiriblər ki, dünya bazarlarında neftin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətlərinin əvvəlki səviyyədə qalması onunla əlaqədardır ki, Aİ-92 markalı benzinin dəyərinin formalaşmasına təsir edən xərclər (neftin istehsalı və emalına, vergiyə çəkilən xərclər və s.) dəyişməyib: “Bu markadan olan benzin Azərbaycanda istehsal edildiyindən, dünya bazarında baş verən proseslər onun qiymətinə təsir etmir. Buna görə də hazırda benzinin qiymətinin dəyişdirilməsi məsələsini müzakirə etmirik. Azərbaycana idxal edilən “Premium Evro-95” markalı benzinə gəlincə, onun ümumi istehlakda payı azdır (4-5 faiz) və Tarif Şurasl bu markanın qiymətini tənzimləmir”.

Qeyd edək ki, Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti 1 litrə görə 0,7 manat, “Premium Evro-95” markanın isə 0,95 manat səviyyəsində müəyyənləşdirilib.


OXŞAR XƏBƏRLƏR

Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir.    Sfera.az-ın məlumatına görə, avtomobi...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəh...

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...