Savadı olmayanların, öz adını yaza bilməyənlərin axırı çatıb - Prezident hansı iri məmurları evinə göndərir? - AÇIQLAMA

Savadı olmayanların, öz adını yaza bilməyənlərin axırı çatıb - Prezident hansı iri məmurları evinə göndərir? -  AÇIQLAMA

Dünən ölkə prezidentinin sərənacamı ilə iki nazir tutduğu vəzifədən azad edildi. Təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin edildiyi üçün,  hazırda təhsil naziri postu boşdur. 

Sfera.az xəbər verir ki, yeni təhsil nazirinin kim olacağına dair müxtəlif versialar var, ancaq real namizəd hələ ki, bəlli deyil.

Mövzu ilə əlaqədar A24.az-a siyasətçi Hafiz Hacıyevlə danışıb.

//a24.az/files/uploads/2017/12/aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa-1-300x152.jpg 300w" sizes="(max-width: 602px) 100vw, 602px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; margin: 5px 20px 20px 0px; max-width: 100%; height: auto; display: block;" />

O, deyib ki,  təhsil naziri elə bir vəzifədir ki, orada uzun müddətdir bu sahədə çalışan, təhsili ciddi bilən, gələcəyimizin təhsilidən asılı olduğunu anlayan, bu sahədə təcrübəsi olan insan olmalıdır.

Təhsilimzdə nöqsanlar var və o nöqsanları aradan qaldırmaq üçün təcrübəli adamlar lazımdı. Bu, ölkə prezidentinin səlahiyyətindədir. Real namizədin adı açıqlanmayıb.

Son günlər prezidentin böyük islahatları haqqında da danışan Hafiz Hacıyev bunları da deyib:

"Savadı olmayanları, öz adını yaza bilməyənləri sırıyıblar hakimiyyətin yüksək təbəqəsinə. Ancaq bunların axırı çatıb. Prezident onların heç bir fayda vermədiyini, hakimiyyətə yarasız olduğunu görür və nəticədə işindən azad edir. Dünənki qərar da buna bariz nümunədir.  17 il kürək çalmış bir korrupsioner ən böyük vəzifələrin birindən uzaqlaşdırıldı. Hakimiyyətə 20 ildən çoxdur kök salmış, başları kifləmiş insanalar ölkə prezidentinin bu günki siyasətinə uyğun gəlmirlər. Hazırda ciddi islahatlar gedir. Kiminsə dostu, kimsə qardaşı, həyat yoldaşının qohumu məsələləri artıq keçməyəcək. Bəzi məmurlar düşünür ki, mənə dəyə bilməz məni çıxara bilməz, ancaq bu düşüncə tamamilə yanlışdır. Faydası olmayan, iş görməkdən başqa hər şeyi edən, Azərbaycanın milyardlarla sərvətini oğurlayıb özlərinə villalar tikən, hoteller açan insanlar hakimiyyətdən uzaqlaşdırılacaq”.

O, bunu da əlavə etdi ki, artıq kimin nə vaxt çıxarılacağı məlumdur. Adları zamnı gəlincə açıqlanacaq.


OXŞAR XƏBƏRLƏR

Səfir: "Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükəyə atır"

Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükə altına qoyur.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfir...

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...