Rusiyadan Türkiyəyə torpaq iddiası: Naxçıvan da zərbə altına düşür

Rusiyadan Türkiyəyə torpaq iddiası:  Naxçıvan da zərbə altına düşür
 
Rusiya Kommunist Partiyasından olan millət vəkilləri Vladimir Putindən 95 il əvvəl Sovet Rusiyası ilə 
Türkiyə arasında imzalanan Moskva müqaviləsinin ləğv edilməsini istəyib.
 Sfera.az-ın məlumatına görə, Dumadakı Kommunist Partiyasının nümayəndələri Valeri Raskin və Serqey 
Obuhov RF prezidentinə ünvanladıqları məktubda 1921-ci ildə bağlanan sülh müqaviləsinin ləğvini tələb edib. 
Rusiyada erməni lobbisi də bir müddətdir bu istiqamətdə iş aparır.
  
"Türkiyənin artan təcavüzkar rəftarı qarşısında mövcud bütün ikitərəfli razılaşmaları hüquqi baxımdan yenidən
nəzərdən keçirərək bizim və müttəfiqlərimizin mənfəətinə uyğun olmayan müqavilələrdən çıxmalıyıq. Ankara
 rəhbərliyi seçdiyi yolda irəliləməyə davam edəcəyi təqdirdə başına nələr gələcəyini çox yaxşı anlamalıdır. 
Rusiya ancaq bu şəkildə davranarsa yeni təxribatların önünə keçə bilər. Sovet Rusiyası ilə Türkiyə Respublikası 
arasında 16 Mart 1921-ci il tarixində Moskvada imzalanan dostluq və əməkdaşlıq müqaviləsinin nəzərdən 
keçirilməsi daha əvvəl də gündəmə gəlmişdi. İkinci Dünya Müharibəsi sonunda bu mövzunu Stalin gündəmə
 gətirmişdi. Ancaq Stalin öləndə Sovet rəhbərliyi müqaviləyə yenidən baxılması məsələsini gündəmdən çıxarmışdı.
 İndi biz prezident Putinə və xarici işlər naziri Sergey Lavrova bu müraciətlə mövzunu təkrar gündəmə gətiririk.
 Bununla yanaşı, 1921-ci ildə əldə olunan razılaşma üç Qafqaz dövlətindən ikisi - Ermənistan və Gürcüstan
 tərəfindən onsuz da etibarlı qəbul edilmir. Burada müttəfiqlərimizin də mənfəəti var. Çünki Moskva müqaviləsinin
 davamı sayılan Qars sülh müqaviləsi Rusiya imperiyasının tərkib hissəsi olan Qars bölgəsi, Cənubi Batum bölgəsi
 və Ağrı bölgəsi Türkiyənin əlinə keçmişdi. Ermənistan Qars anlaşmasını etibarlı saymır. Bənzər şəkildə Gürcüstan parlamenti da Qars anlaşmasını 2005-ci ildə lağv etmişti", - deyə Rusiya prezidentinə ünvanlanan məktubda bildirilir.
Digər tərəfdən Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov Ankaranın Moskva ilə əlaqələri tənzimləmək
 üçün lazımi addımları atacağını bildirib. Moskvada Türkiyə haqqında açıqlama verən Meşkov Ankaranı ittiham 
edib: "Türkiyə tərəfi ikitərəfli əlaqələrin normallaşması üçün bizim istədiyimiz ədalətli şərtləri çox yaxşı bilir. Bundan bir neçə həftə əvvəl söylədiklərimiz hazırda da öz etibarlılığını qoruyur", - deyə Meşkov əlavə edib.
 
Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edirdi. Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan,
 Ermənistan və Gürcüstan) imzalandı.(baku.ws)

OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...