Rusiyadan Azərbaycana QADAĞA

Rusiyadan Azərbaycana QADAĞA

Natiq Cəfərli: "Rusiya tərəfi iddia edir ki, Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsulları Türkiyədən gətirilir”

Son günlər Rusiya ilə Azərbaycan arasında kənd təsərrüfatı məhsullarının ixracında yenidən problemlər yaranıb. Əlbəttə, bu hadisələr Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda baş verir. Qısaca da olsa, hadisələrin xronikasına, yerli bazarda yaranan mənzərəyə və bu ölkələrin iqtisadiyyatına dəyən zərərlərə nəzər yetirək: Hələ 2015-ci ildə Türkiyə ilə Rusiya  arasında siyasi böhranın yaranmasından sonra 13 adda kənd təsərrüfatı məhsulunun Rusiyaya keçirilməsi qadağan edildi. 

Bundan sonra Rusiya Azərbaycan ərazisindən də bir sıra kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoydu. Səbəb kimi göstərilirdi ki, bu məhsullar Türkiyə vasitəsilə Azərbaycana ötürülüb, yerli məhsullar deyil. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi öz növbəsində Rusiyaya ismarıc yollayaraq bildirdi ki, onlar fitosanitar xidmət mütəxəssislərini Azərbaycana yollayaraq məhsulları yoxlaya bilərlər. 

Azərbaycan tərəfi bu məhsulların yerli olmasını sübut etməyə hazır olduğunu bildirsə də, Rusiya qadağanı aradan qaldırmadı. 2016-cı ilin avqustundan etibarən Türkiyə - Rusiya münasibətlərinin istiləşməsi fonunda 4 məhsul istisna olmaqla digər kənd təsərrüfatı məhsullarına qadağa qalmaqda davam etdi. Cari ilin martın 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskva səfəri çərçivəsində embarqo aradan qaldırıldı. İki ölkə arasında razılıq əldə edildi ki, Türkiyə kənd təsərrüfatı məhsulları Rusiyaya ixrac ediləcək. İki həftə ötmədi ki, Rusiyanın kənd təsərrüfatı naziri elan etdi ki,Türkiyədən məhsul almağa zəmin yoxdur. 

Onlar daxili tələbatla istehlakçıların marağını ödəyəcəklər. Görünür, Rusiya ilə Türkiyə arasında siyasi arenada yenidən fikir ayrılığı yaranıb. Ehtimal ki, rus hərbçilərinin Suriyanın Afrin bölgəsində PKK-çılarla birgə Novruz şənliyi keçirməsi, atəş nəticəsində türk əsgərinin yaralanması da əlaqələrin pozulmasına təsir edib. Rəsmi Ankara da türk hərbçinin öldürülməsi ilə bağlı etirazını ifadə edib.

"Rusiya ənənəvi taktikanı həyata keçirir”

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə son zamanlar iki ölkə arasında yaxınlaşma gözə çarpsa da, ötən həftələrdə münasibətlər yenidən pozulub: "Rusiyanın Suriyada kürd separatçılara dəstək verməsi Türkiyənin ciddi qınağına səbəb oldu. Ötən ilin cari dönəmi ilə müqayisədə Türkiyədən Azərbaycana pomidor ixracı 160 faiz artıb. Rusiya tərəfi də bu statistikaya əsasən iddia edir ki Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsulları Türkiyədən gətirilir. Bu amil isə yerli məhsulların da Rusiyaya ixracına mane yaradıb. Rusiya ənənəvi taktikanı həyata keçirməli olub. Rəsmi Moskva əlaqəsi gərginləşən ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq edir. Bununla da ölkənin bazarlarını öldürməyə çalışıb”. 

İqtisadçının sözlərinə görə Rusiyanın Türkiyəyə qarşı bu siyasəti effekt verməyə bilər. Çünki Türkiyə yalnız Azərbaycan vasitəsilə deyil, həmçinin başqa ölkələrin əli ilə də Rusiyaya məhsul ixrac edə bilir. Bu ilin iki ayı ərzində Belarusa ixrac olunan kənd təsərrüfatı məhsullarında 5 dəfə artım olub. Bu isə onu deməyə əsas verir ki, Türkiyə məhsulları Belarus vasitəsilə də Rusiya bazarına çıxa bilər. Belarus Gömrük İttifaqının üzvüdür. Bu iki ölkə arasında nə gömrük keçid məntəqəsi, nə də ki, ciddi yoxlama var. N.Cəfərlinin sözlərinə görə iki ölkə arasında əlaqələrin gərginləşməsi Rusiya-Azərbaycan münasibətlərinə də mənfi təsir edəcək. 

Azərbaycanın kənd təsərrüfatı məhsullarının təxminən 85 faizi Rusiyaya ixrac edilir: "Rusiya ilə keçid məntəqələrində yaranan problemlər məhsulların keçirilməsinə əngəl törədib. Nəticədə davam edən ləngimə məhsulların zay olmasına, daha çox gəlirin itirilməsinə səbəb olur”. Son dəqiqə olaraq Türkiyənin İstixana İnvestorları və İstehsalçılar Birliyinin yaydığı xəbərə görə qadağalara baxmayaraq yerli məhsullar yenə də Rusiya bazarlarına çıxarılır, lakin başqa ölkələr vasitəsi ilə. Bu ölkələr sırasında Belarus, Azərbaycan və Polşanın da adı hallanır. 

Qeyd olunur ki, son bir neçə ayda xüsusən də bu ölkələrə idxal artıb. Əlbəttə ki, bu amil Rusiyanın daha çox pul xərcləməsinə səbəb olur. Rusiyanın "İzvestiya” nəşrinin Kənd Təsərrüfatı Nazirliyinə istinadən yaydığı məlumata görə Türkiyə bəzi Rusiya mallarına rüsum tətbiq edib. Buğda və qarğıdalı məhsullarına 130, çəltiyə 45, günəbaxan yağına 36, günəbaxana 13.5, digər paxlalı bitkilərə 9.7 faiz rüsum tətbiq edilib. Bununla yanaşı qeyd olunub ki, Rusiyadan idxal olunan məhsulun bir tonunun minimum gömrük dəyəri 1550 dollar olmalıdır. Xatırladaq ki, Türkiyə tərəfi bu vaxtadək Rusiyadan idxal edilən bu məhsullara rüsum tətbiq etmirdi. Lakin Rusiya tərəfinin bir sıra kənd təsərrüfatı məhsullarına, xüsusən də pomidorun ixracına qadağa qoyması Türkiyəni də belə addım atmağa vadar edib. Qeyd edək ki, Türkiyə Rusiyanın dünyada ikinci buğda alıcısıdır. 2014-cü ildə Türkiyə Rusiyadan 3.1 milyon ton, 2015-ci ildə 3.1 milyon ton, 2016-cı ildə isə 2.6 milyon ton buğda idxal edib. Münasibətlərin gərginləşməsi fonunda isə Türkiyə özünün əsas pomidor alıcısını itirib. Bu vaxtadək Türkiyə Rusiyaya il ərzində təxminən 500 min ton pomidor idxal edirdi. Rusiyanın 2016-cı ilin əvvəlində Türkiyədən pomidor idxalına qadağa qoyması həmin məhsulun istehsalına və satışına ciddi təsir göstərib. 2015-2016-cı illərdə Rusiya istisna olmaqla pomidor ixracı 106,5 milyon dollardan 239,9 milyon dollara yüksəlsə də, ixracatın ümumi həcmi Rusiya nəzərə alınmaqla 365,3 milyon dollardan 239,9 milyon dollara qədər azalıb. İxracat əsasən qonşu ölkələrə, ilk növbədə isə İraqa, Gürcüstana, Səudiyyə Ərəbistanına və Belarusa tədarük edilib. Yalnız pomidor istehsalı və satışından Türkiyə il ərzində 12, 671 milyard lirə gəlir götürür. Yalnız pomidor istehsalı və satışından Türkiyənin əkinçilik təsərrüfatında pomidorun ümumi həcmi 10 faiz təşkil edir. Tərəvəz istehsalında payı isə 40 faizə qədərdir. Türkiyədə ümumilikdə 11,8 milyon ton pomidor istehsal olunur. Bu, dünya üzrə ümumi pomidor istehsalının 6,9 faizini təşkil edir. Türkiyə pomidor ixracına görə dünyada dördüncü yeri tutur və ya ümumi payı 4,5 faiz təşkil edir. Türkiyənin tərəvəz ixracının 62 faizi pomidordan ibarətdir. Rusiyanın 2016-cı ilin əvvəlində Türkiyədən pomidor idxalına qadağa qoyması həmin məhsulun istehsalına və satışına ciddi təsir göstərdi. 2015-2016-cı illərdə Rusiya istisna olmaqla pomidor ixracı 106,5 milyon dollardan 239,9 milyon dollara yüksəlsə də, ixracatın ümumi həcmi Rusiya nəzərə alınmaqla 365,3 milyon dolardan 239,9 milyon dollara qədər azalıb. İxracat əsasən qonşu ölkələrə, ilk növbədə isə İraqa, Gürcüstana, Səudiyyə Ərəbistanına və Belarusa tədarük edilib. (cebhe.info)


OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...