“Rabitəbank”ın xalis mənfəətində sıçrayış

“Rabitəbank”ın xalis mənfəətində sıçrayış
 

"Rabitəbank” ASC 2019-cu ilin 1-ci yarısını 4 milyon 835 min manat vergidən əvvəl mənfəət ilə başa vurub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə Bankın vergidən əvvəl mənfəəti 15,5 dəfə artıb. "Rabitəbank” 2018-ci ilin 1-ci yarısını 311 min manat vergidən əvvəl mənfəət ilə bağlamışdı. Mənfəətin artmasının səbəbləri gəlirlərin artması və ehtiyata ayırmanın azalmasıdır. 

 

GƏLİRLƏRİ ARTIB

 

"Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, ötən ilin ilk 6 ayında faiz gəlirləri 17 milyon 483 min manat ikən, cari ilin ilk 6 ayında 18 milyon 256 min manattəşkil edib (4,4% çox). "Rabitəbank”ın qeyri-faiz gəlirləri isə 4,9% artımla 4 milyon 682 min manata yüksəlib.

 

ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB

 

2019-cu ilin yanvar-iyun dövründə "Rabitəbank” 22 milyon 938 min manat cəmi gəlirləri əldə etmək üçün 18 milyon 10 min manat xərc çəkib. Nəticədə Bankın 4 milyon 928 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 94 min manatı ehtiyata ayrılıb (ötən ilin eyni dövrü ilə müqayisədə 39 dəfə az) və nəticədə Bankın 4 milyon 835 min manat vergidən əvvəl mənfəəti qalıb.

 

2018-ci ilin yanvar-iyun dövründə "Rabitəbank” 21 milyon 946 min manat cəmi gəliriəldə etmək üçün 17 milyon 955 min manat xərc çəkmiş və 3 milyon 991 min manat əməliyyat mənfəəti əldə etmişdi. Bankın əməliyyat mənfəətinin 3 milyon 678 min manatını ehtiyata ayırdığından həmin dövrü 311 min manat mənfəət ilə bağlamışdı.

 

Ötən ilin birinci yarısı ilə müqayisədə "Rabitəbank”ın faiz xərcləri azalıb, qeyri-faiz xərcləri təxminən eyni səviyyədə qalıb, inzibati xərcləri isə artıb. "Rabitəbank”ın faiz xərcləri 1 milyon 873 min manat azalaraq 5 milyon 203 min manata geriləyib, inzibati xərcləri isə 1 milyon 966 min manat artaraq 9 milyon 309 min manata yüksəlib.

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

 

Ötən ilin 1-ci yarısının sonu ilə müqayisədə "Rabitəbank”ın müştərilərə verdiyi cəmi kreditlər 83 milyon 158 min manat və ya 31,6% artaraq 30 İyun 2019-cu il tarixində 346 milyon 502 min manata çatıb. Ötən 12 ay ərzində Bankın aktivləri isə 101 milyon 88 min manat və ya 14,2% azalaraq 611 milyon 404 min manata düşüb. Aktivlərin azalmasının səbəbi likvid aktivlərin azalmasıdır. Öhdəliklərdə yer alan müştərilərin cari hesablarındakı vəsaitlərin 98 milyon 348 min manat və ya 31,2% azalaraq 216 milyon 457 min manata düşməsilə əlaqədar olaraq likvid aktivlər də azalıb.

 

30 İyun 2019-cu il tarixində "Rabitəbank” 107 milyon 811 min manat məcmu kapitala malik olub.

 

OXŞAR XƏBƏRLƏR

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

  Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...