Qarabağın bərpası nə qədər vəsait tələb edir? – VİDEO

Qarabağın bərpası nə qədər vəsait tələb edir? – VİDEO
"Azad olunmuş ərazilərin bərpasına görə 2021-ci il üçün ayrılan 2 milyarddan çox vəsait arzu etdiyimiz infrastrukturu və inkişafı görmək üçün yetərli deyil”.

Sfera.az xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?” verilişinə açıqlamasında iqtisadçı Altay İsmayılov deyib.

O bildirib ki, bu proses üçün ölkəmizə işin miqyasından asılı olaraq, 10 milyardlarla ölçülə bilən vəsait lazımdır:

"Qarabağın bərpası və yenidən qurulması prosesini yalnız dövlət büdcəsi hesabına etmək çətin olacaq. Hesab edirəm ki, inkişaf layihələrini dəstəkləyən beynəlxalq təşkilatların prosesə cəlb olunması lazımdır. Eyni zamanda, özəl sektoru da buraya daxil etmək lazımdır. Müəyyən infrastruktur və yaxud digər layihələr ola bilər ki, özəl sektor ilkin investisiyanı qoysun”.

İqtisadçı onu da qeyd edib ki, Zəngəzur dəhlizinin bərpası ilə Azərbaycanın Avropa bazarlarına çıxışı asanlaşacaq:

"Zəngəzur dəhlizinin bərpası ilə Azərbaycanın Türkiyə ilə əlaqələrin daha da inkişafı və Türkiyədən də Avropa bazarlarına çıxış əldə etmək imkanı təmin olunacaq. Bundan başqa, bu dəhliz vasitəsi ilə beynəlxalq dəmiryolu şəbəkəsinə qoşulmaq imkanı əldə edəcəyik. Bu, həm sərnişin, həm də yük daşımaları üçün əhəmiyyətli layihədir. Həmçinin region ölkələrinin də bu prosesdən faydalanmaq imkanı olacaq. Hətta Ermənistan da qoyulan şərtlərə riayət edərsə, həmin layihədən yararlana bilər”.


OXŞAR XƏBƏRLƏR

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...

Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər

Vyana və Portsmut Universitetlərinin beynəlxalq alimlər qrupu Zimbabvedəki Yafuta Təbiət Qoruğunun əməkdaşlarının iştirakı ilə fillərin jest və səslərinin dilin...

Yüzlərlə fəal Almaniyadakı “Tesla” zavoduna hücum etdi

Yüzlərlə fəal Almaniyanın Qrünheide şəhərindəki “Tesla GigaBerlin” zavoduna hücum edir, bəziləri fabrikin ərazisinə daxil olmağa çalışır. Alman poli...