“Qarabağda yeni müharibə qaçılmaz olacaq” – Rusiyanın yandırdığı alov

“Qarabağda yeni müharibə qaçılmaz olacaq” –  Rusiyanın yandırdığı alov

“ABŞ-la Rusiyanın soyuq savaşı Cənubi Qafqaza təsir edəcək və bunun əsas istinad nöqtəsi Ermənistan və bu ölkənin işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ vilayəti olacaq”.



Sfera.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzetində yayımlanan Ermənistan prezidenti Serj Sarkisyanın “Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” bəyanatının şərh olunduğu məqalədə deyilir.



Qəzet hesab edir ki, Sarkisyanın bu bəyanatı tamamilə Rusiya tərəfindən hazırlanıb: “Moskva bununla Azərbaycan və dünyaya mesaj verir. Bakıya verilən mesaj belədir: ABŞ-a çox yaxınlaşsan, Dağlıq Qarabağa vida et. ABŞ-a verilən mesaj isə belədir: maraqlarım olduğu bölgələrə Ukraynaya müdaxilə etdiyin kimi müdaxilə etsən, iqtisadi sanksiyaları davam etdirsən, kapital yatırdığın enerji xətlərinin keçdiyi bölgələrdə, xüsusilə Xəzər hövzəsində problemlər yarada bilərəm. Lazım olsa, müharibəni yenidən alovlandıraram. Bəli, Rusiya öz alovunu söndürmək üçün digər alovlar yandırır”.



Məqalədə bildirilir ki, Rusiyanın qarşısı alınmazsa, Ukraynada olduğu kimi, bu dəfə Cənubi Qafqazda yeni müharibə qaçılmaz olacaq.


OXŞAR XƏBƏRLƏR

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...