Qarabağda müharibə başlaya bilərmi? - ekspert rəyi

Qarabağda müharibə başlaya bilərmi? - ekspert rəyi
"Yaxın perspektivdə müharibənin başlanması real görünmür”
 
Sfera.az-a açıqlamasında bu sözləri İrəvanın qeyri-konstruktiv mövqe sərgiləməkdə davam etməsi fonunda Qarabağda müharibənin yenidən alovlana biləcəyilə bağlı sualı dəyərləndirərkən politoloq Elşən Mirzəoğlu deyib. 
 
Bununla belə, həmsöhbətimiz onu da vurğuladı ki, işğala məruz qalan ölkə olaraq Azərbaycan torpaqları azad etmək üçün hər zaman savaşa başlaya bilər. Beynəlxalq hüquq da buna imkan verir: 
 
"Əslində ATƏT-in Minsk qrupu üzrə həmsədr dövlətləri təmsilçilərinin keçən ayın sonlarında Bakı və İrəvanda apardıqları danışıqların nəticəsindən  çıxış edərək məsələyə yanaşsaq təbii ki, yaxın perspektivdə müharibənin başlanması bir qədər real görünmür. Minsk qrupu təmsilçiləri hər halda Azərbaycan dövlət başçısı ilə və Ermənistan hökumət başçısı arasında növbəti görüşlə bağlı məsələdə razılığa gəliblər. 
Düzdür, həmin görüş ərəfəsində də Ermənistan tərəfinin verdiyi bəyanat və açıqlamalar münaqişənin sülh yolu ilə həllinə hər hansı bir ümid yaratmır. Çünki erməni tərəfi israrla qeyd edir ki, sülh müqabilində ərazi güzəştlərindən söhbət gedə bilməz. Bu da İrəvanın indiyə kimi sərgilədiyi qeyri-konstruktiv mövqeyin bu gün də davam etdirildiyini göstərir. Amma bütün hallarda Azərbaycan prezidentilə Ermənistan baş naziri arasında görüşün baş tutmasından sonra hadisələrin konkret olaraq hansı istiqamətdə gedəcəyilə bağlı daha dürüst fikir bildirmək olar. Hərçənd ki, görüş ərəfəsində də onun gündəliyi və orada müzakirə olunacaq məsələlərin format və məzmunu ilə bağlı da konkret razılıq yoxdur. Azərbaycan tərəfi bu görüşə razı olmaqla özünün sülhpərvər mövqeyini, üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunu bir daha təsdiq edir. Ancaq Ermənistan bundan sonra da qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edəcəksə, danışıqları danışıqlar naminə aparmağın əhəmiyyəti yoxdur. 
 
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə görə, təcavüzə məruz qalan tərəfdir. Ona görə işğal altında olan əraziləri hərbi yolla azad etmək hüququnu da özündə saxlayır. Ermənistan ordusu müharibə aparmaq iqtidarında olan tərəf deyil. Rəqəmlər, faktlar, hərbi büdcə xərcləri, 2016-cı ilin aprel döyüşlərinin təcrübəsi göstərir ki, İrəvan müharibənin başlanması istiqamətində hər hansı bir addım atsa, daha ciddi və daha sarsıdıcı zərbə alacaq. Hansı ki, həmin zərbədən sonra havadarlarının dəstəyinə baxmayaraq, Ermənistan bir daha özünə gələ bilməyəcək. Azərbaycanın hansı gücə malik olduğunu Ermənistan rəsmiləri də gözəl bilir.  Ermənistan Azərbaycanla müharibə etmək iqtidarında olan tərəf deyil”. 
 
Qeyd edək ki, son zamanlar İrəvan rəsmilərinin açıqlamaları onların danışıqlara hazır olmadığını söyləməyə bir daha əsas verir. Belə ki, baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının da danışıqlar prosesinə cəlb edilməsi kimi sərsəm fikrindən hələ də əl çəkmir. Bu azmış kimi onun İrana olan səfərinin ardınca işğalçı ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan da bəyanatla çıxış edərək Araz çayı boyu ərazilərdə ermənilərin məskunlaşdırılacağını, bu ərazilərin qaytarılmasından söhbət belə gedə bilməyəcəyini açıqlayıb. Bütün bunlar onu göstərir ki, İrəvan sülhə hazır deyil. Belə olduqda, problemin həlli üçün yeganə çxıış yolu qalır, savaş.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...