\"Qarabağ\" hakim səhvi ilə bağlı UEFA-ya şikayət edəcək

\
 Sözsüz ki, "Qarabağ” bizə çox gözəl anlar bəxş etdi. Dostlar, həmkarlar arasında oyunla bağlı müəyyən proqnozlar səsləndirilmişdi. Lakin bu cür hesabı heç kim gözləmirdi. "Qarabağ”ın futbolçularının peşəkarlıq və oyun səviyyələrinin get-gedə necə artdığını görürük. Onların timsalında tam ayrı, Avropa səviyyəli komandanın oyununu gördük. Bunlar bizi sevindirir".
Sfera.az xəbər verir ki, bunu "Report"a açıqlamasında gənclər və idman naziri Azad Rəhimov Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"ın İspaniya "Atletiko"su ilə 0:0 hesablı heç-heçə etdiyi görüş barədə danışarkən deyib. Heç-heçəyə sevinməyin gərəkliyini vurğulayan nazir fransalı referi Ruddi Bukenin "Qarabağ"ın hücumçusu Dino Ndlovuya ikinci sarı vərəqəni göstərərək, meydandan kənarlaşdırdığı epizoda da münasibət bildirib: "Məsələyə tam obyektiv yanaşıram: "Qarabağ"ın futbolçusuna qırmızı vərəqənin göstərilməsi düzgün qərar deyildi. Rəqib futbolçu tərəfindən ayağa zərbə həqiqətən də var idi. Bunu videotəkrara baxdıqda dəfələrlə gördük".

A.Rəhimovun fikrincə, "Qarabağ" rəhbərliyi bu epizodla bağlı UEFA-ya şikayət edəcək. Lakin o, lazımi nəticənin əldə olunacağına inanmadığını söyləyib: "Sözsüz ki, protest veriləcək, amma nəticəsi maksimum nə ola bilər? Həmin referi 1-2 beynəlxalq oyundan kənarlaşdırıla bilər. Mümkündür ki, hakimlər hər bir oyunda səhvə yol versinlər. Lakin futbolda hakim səhvləri ilə əlaqədar bundan başqa tədbir növü müəyyənləşdirilməyib. Ona görə də tək futbolda deyil, digər idman növlərində də hakimlərin işinə toxunmamalı, onları düşünməməliyik. Özümüzü elə göstərməli, elə oynamalıyıq ki, hakim heç bir təsir göstərməsin. Hər bir oyunda və yarışda rəqibdən iki baş güclü olmalıyıq. Hakim səhvləri biz, AFFA və klub rəhbərliyinə heç bir təsir edə bilməz. Etiraz mütləq olacaq, amma nəticəsinə inanmıram".

Nazir "Qarabağ"ın futbolçusunun meydandan kənarlaşdırılmasında siyasi addım görmədiyini də əlavə edib: "Bu, siyasətdən tam uzaq haldır, ola da bilməz. Deyə bilərsiniz ki, hakim Fransadan, "Atletiko" İspaniyadandır. Yəni, hər iki ölkə Qərbi Avropada yerləşir. Amma səhvlər də olur. "Qarabağ"ın 3 il əvvəl İtaliya "İnter"i ilə keçirdiyi oyundan sonra çexiyalı referi oteldə "Mən niyə belə səhv buraxdım? Sanki gözümün qabağına qaranlıq çökmüşdü" deyə ağlayırdı. Belə hallar da mümkündür".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilmiş "Qarabağ” – "Atletiko” matçının 75-ci dəqiqəsində Dino Ndlovu Dieqo Qodinin müdaxiləsindən sonra yerdə qalıb. Lakin fransalı baş hakim Ruddi Buke epizodu simulyasiya kimi dəyərləndirib və Ndlovuya oyun ərzində ikinci sarı vərəqə göstərərək, meydan sahiblərini azlıqda qoyub. 

OXŞAR XƏBƏRLƏR

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...

Şirvanda narkotikə görə 6 nəfər HƏBS EDİLDİ - FOTO

Şirvanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.   Bu barədə Daxili İşlər Nazirliyindən...

Prezident: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri il...

Bu qan qrupu olan insanlarda insult riski YÜKSƏKDİR

A qan qrupunda olan insanların 60 yaşından əvvəl insult keçirmə riskinin digər qan qruplarına nisbətən daha yüksək olduğu açıqlanıb.   Sfera.az xəbə...

İlham Əliyev: "Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik"

Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublik...

Prezident: "COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır"

Biz COP29-a ev sahibliyinə yekdilliklə seçildik. Bu, bizim üçün çox böyük şərəfdir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Pr...