Paşinyanın gizli DANIŞIQLARI YAYILDI - Xaçaturov və Köçəryanla bağlı...

Paşinyanın gizli DANIŞIQLARI YAYILDI - Xaçaturov və Köçəryanla bağlı...
Sosial şəbəkələrdə Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanla Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın telefon danışığının səs yazısı yayılıb.

Sfera.az Axar.az-a istinadən xəbər verir ki, telefon danışığı zamanı onlar KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun həbsini və bunun nəticələrini müzakirə ediblər. Vanetsyan Paşinyana bu həbsin ruslarla böyük problemlərə gətirib çıxaracağını deyib. O, Paşinyana daha sonra əvvəlcə Köçəryanla bağlı işi bitirməyi, Xaçaturovu isə sonraya saxlamağı təklif edib. Paşinyan isə bu təkliflə razılaşıb.

Paşinyan həmçinin Rusiya tərəfi ilə heç bir problemin yaranmaması üçün bu məsələlərin müzakirə edilməsi gərəkdiyini və bunu dərhal edəcəyini deyib.

Ermənistan mətbuatının iddiasına görə, tərəflər arasında ilk danışıq Paşinyanın Peterburqa səfəri zamanı baş tutub. Bu səfər zamanı Vanetsyan daha bir neçə də Paşinyana zəng edib. Səs yazısında Paşinyanın Vanetsyana sakit formada cavab verməsi əks olunub.

Belə ki, telefon zəngi zamanı Vanetsyan Xaçaturovun həbsinə görə artıq onu rus kəşfiyyatçılarının ziyarət etdiyini deyib:


"Məni Xarici Kəşfiyyat Xidməti və Federal Təhlükəsizlik Xidmətininin nümayəndələri ziyarət ediblər. Onlar deyirlər ki, biz bunu etməməliyik. Deyirlər ki, heç olmasa KTMT rəhbərliyindən adamınızı çəkib sonra həbs edin, əks təqdirdə bu KTMT-nin avtoritetinə zərbə vuracaq”.

Vanetsyanın həmçinin Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçaturyanla da səs yazısı yayılıb. Burada Vanetsyan Xaçaturov və Köçəryanın həbsini Federal Təhlükəsizlik Xidmətinin rəhbəri ilə müzakirə etdiyini və situasiyanın çox çətin olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə sosial şəbəkədə və mətbuatda Vanetsyanla Xaçaturovun telefon danışığını əks etdirən səs yazısı yayılmışdı. İrəvan bununla bağlı cinayət işi qaldırmış, bir neçə yerdə axtarışlar aparılmışdı. Axtarışların keçirildiyi ünvanlar sırasında Köçəryana yaxınlığı ilə seçilən "Yerevan Tudey” saytı da yer almışdı. Bundan sonra Köçəryanın mediadakı əsas dayaqlarından biri olan Samvel Mayrapetyan həbs edilmişdi. Bəzi mənbələr onun rəsmi iddiada göstərildiyi kimi rüşvət almağa görə yox, məhz telefon danışığının səs yazısının yayılmasında iştirak etdiyinə görə həbs edildiyini bildiriblər.
 

OXŞAR XƏBƏRLƏR

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...